Yuxarı

İşğalçı bu dəfə layiqli cavabını alacaq: Qarabağ…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşğalçı bu dəfə layiqli cavabını alacaq: Qarabağ…

Millət vəkili Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdat Avşarın tərtib etdikləri “Qarabağ hekayələri”nin təqdimat və imzalanma mərasimi İspartada böyük maraqla qarşılanıb.

Axar.az xəbər verir ki, tədbirdə iştirak edən valilik, bələdiyyə rəsmiləri, universitet müəllimləri, ziyalılar və gənclər kitabın önəmi ilə bağlı fikirlərini bölüşüblər.

Millət vəkili “Qarabağ hekayələri”ni hazırlamaqda əsas məqsədinin Türkiyə və ondan kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib. Ermənistanın mülki azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən danışan Q.Paşayeva beynəlxalq təşkilatların ikili standart və ədalətsizliklərini diqqətə çatdırıb:

“Təəssüf ki, BMT Təhlükəsizlik Şurası, AŞPA və digər beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana heç bir təzyiq göstərmirlər. Ermənistan ön cəbhədə mülki azərbaycanlılara qarşı cinayətlər həyata keçirir, onları hədəfə alır, qətlə yetirir, yaralayır, evlərini dağıdır. Bu cür insanlıqdan kənar əməllər, cinayətlər Ermənistanın xislətinə xasdır, amma Azərbaycan və ordumuz artıq 20 il əvvəlki deyil, işğalçılar layiqli cavablarını alacaqlar.

Ümid edirik ki, kitabda yer alan bir-birindən dəyərli hekayələr Azərbaycanın haqq səsini öncə qardaş Türkiyədə və türk dünyasında, sonra da bütün dünyada əks etdirəcək”.

Qeyd edək ki, “Qarabağ hekayələri” kitabı XX əsrdə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.

Tarix
2017.03.13 / 12:24
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla