Yuxarı

1 dollara yaşayan insanlar… – Əli Əhmədov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
1 dollara yaşayan insanlar… – Əli Əhmədov

Azərbaycan iqtisadiyyatı ötən illərdə ciddi şəkildə dəyişib.

Trend-in məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov bu gün Bakıda keçirilən "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu" adlı paneldə çıxışı zamanı deyib.

Baş nazirin müavini bildirib ki, bu gün dünyanı düşündürən ən vacib məsələlərdən biri aclıqdır:

"Hətta bəzi ölkələrdə insanlar nəinki qida tapmaq uğrunda mübarizə aparırlar, bu qidanın hansısa ölkədən gəlməsini gözləyirlər. Dünyada gündəlik 1-1,5 dollara yaşayan insanların sayı kifayət qədər çoxdur. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünya əhalisinin 1 faizinin malik olduğu sərvətlər qalan 99 faizin sərvətləri qədərdir. Bu, bəşəriyyəti düşündürən məsələdir. Dünyada elə ölkələr var ki, orada insanların ömrünün uzunluğu 50 ildir, inkişaf etmiş ölkələrdə isə ömür uzunluğu 80 ili keçib. Bu da bəşəriyyəti düşündürən məsələdir".

Azərbaycan iqtisadiyyatının ötən illərdə ciddi şəkildə dəyişdiyini bildirən Ə.Əhmədov deyib ki, bu, insanların həyat şəraitinə də təsir göstərib. Qarşıda duran məsələlərdən biri iqtisadiyyatımızı daha da inkişaf etdirmək və beynəlxalq birliyin səylərinə qoşularaq ona töhfələr verməkdir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib ki, elmin cəmiyyətə töhfəsini yüksək qiymətləndirirlər. Elmin unikal məqsədlərindən istifadə edərək qlobal məqsədlərə nail olmalıyıq. Yoxsulluğun aradan qaldırılması baxımından elm böyük əhəmiyyət kəsb edir.

Q.İshaqzai deyib ki, hər bir inkişafın kökündə elmi dayaqlar dayanır. Onun sözlərinə görə, Azərbaycanda da dayanıqlı inkişafın təmin edilməsində elm mühüm rol oynayır.

Tarix
2017.03.16 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla