Yuxarı

Bu, torpaqların azad edilməsi deməkdir - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, torpaqların azad edilməsi deməkdir - Prezident

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafdakı 7 rayon Ermənistanın işğalı altındadır.

APA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında deyib.

Dövlət başçısı bildirib ki, işğal olunmuş ərazilərdə bütün infrastruktur, dini abidələr, məbədlər dağıdılıb:

"ATƏT-in iki Faktaraşdırıcı Missiyasının hesabatında da bu, təsdiqini tapıb. Baş verənlər separatçılığın və Ermənistan tərəfindən işğalın nəticəsidir. Münaqişə başlayanda Azərbaycanın 8 milyon nəfər əhalisi, 1 milyon qaçqın və məcburi köçkün vardı. Adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan birinci yerdəydi. Həmin dövrdə Azərbaycan iqtisadiyyatının durumu yaxşı deyildi. Sonradan iqtisadi inkişaf nəticəsində bu insanların durumu xeyli yaxşılaşdı".

Prezident İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların qətnamələrində, qərarlarında Ermənistan işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir:

"BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbulundan 25 il keçir. Təhlükəsizlik Şurasının bəzi qətnamələri isə saatlar içərisində yerinə yetirilir. Biz bunu ikili standartlar adlandırırıq. Beynəlxalq münasibətlərdə ikili standartlar mövcud olduğuna görə beynəlxalq hüquq müxtəlif ölkələr tərəfindən müxtəlif cür təfsir olunur. Beynəlxalq təşkilatların qərarları icra olunmursa, bütün dünya təhlükəyə doğru gedir. Bu, onu göstərir ki, bir ölkə digərinin ərazilərini işğal edə bilər.

Ermənistan Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayət törədib, torpaqlarımızı işğal edib. Azərbaycanın əraziləri işğaldan azad edilməli, vətəndaşlarımız torpaqlarına qayıtmalıdır. Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişə region üçün təhlükədir. Biz münaqişəni həll etmək, Ermənistan isə status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərin rəhbərləri dəfələrlə bəyan edib ki, status-kvo dəyişməlidir. Bu, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi deməkdir".

Tarix
2017.03.16 / 13:39
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Mişustinlə danışdı

Bu nazir Bakıdan İrəvana getdi

Hikmət Hacıyev NATO rəsmiləri ilə görüşdü

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirildi

Arakçının Azərbaycana səfərinin tarixi açıqlandı

Putin Hindistandan nə istəyir? - Ekspert

Türkiyənin müdafiə ixracatı 5 ildə bu cür artıb

İlham Əliyev Tailand kralını təbrik etdi

Güneydən 183 yazarın müraciəti: AYB iclas keçirəcək

Fazil Mustafa Suada qahmar çıxdı - “Məhsəti” müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla