Yuxarı

Qarabağ ssenarisi işə düşür – Məxfi razılaşma

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkidən sonra Qarabağla bağlı güzəşt (ərazilərin qaytarılması-red) məsələsi qaçılmazdır.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Qriqoryan Serj Sərkisyanın Moskva səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Moskvada Qarabağla bağlı səslənən birgə bəyanat Rusiyanın Ermənistanın hazırki hakimiyyətini dəstəklədiyini göstərir:

“Məqsəd hakimiyyətin aprelin 2-də keçiriləcək parlament seçkilərində qalib gəlməsini təmin etməkdir. Hesab edirəm ki, Rusiya indi Ermənistanın daxili siyasətinə hələlik qarışmayacaq. Çünki Ermənistanda istənilən hakimiyyət Moskva ilə işləyəcək. Lakin birgə bəyanatdan belə nəticə çıxarmaq olar ki, Rusiyanın dəstəyi seçkilərin gedişatında problemlərlə qarşılaşan hakimiyyətə lazımdır. Amma təkcə Moskvanın yox, Brüsselin də dəstəyi lazımdır. Sərkisyan səfərləri ilə göstərmək istəyir ki, Rusiya, Avropa Birliyi və NATO onu dəstəkləyir”.

Stepan Qriqoryan qeyd edib ki, Moskvada Qarabağla bağlı səslənən birgə bəyanat Rusiyanın mövqeyini əks etdirmir.

“Bunu bütün məsuliyyətlə deyə bilərəm. Misal üçün, Rusiya ATƏT-in Minsk Qrupu formatını əhəmiyyətli hesab etdiyi kimi, üçtərəfli formatı – Rusiya, Ermənistan və Azərbaycan – da dəyərləndirir. Hakimiyyət seçkilər zamanı o arqumentdən istifadə edəcək ki, Rusiya “bizim istəyimizi deyir”. Sərkisyan Moskvada vəziyyətin ciddi olduğunu deyib. Mən gözləyirdim ki, hakimiyyət bu dəfə Rusiyaya nəsə güzəştə gedəcək. Lakin bu olmadı. Bu o deməkdir ki, hər şey razılaşdırılıb. Moskva Ermənistanda hakimiyyətə qarşı hay-küy olmaması üçün İrəvandan heç nə tələb etmədi. Gözləməliyik ki, seçkilərdən sonra hansı güzəştlər olacaq. Bu həm Rusiyanın istəyi, həm də Qarabağla bağlı ola bilər. Seçkidən sonra ciddi proseslər olacaq”, - deyə erməni politoloq vurğulayıb.

Tarix
2017.03.17 / 11:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla