Yuxarı

Tarix bu iqtisadi modelin səmərəli olmadığını sübut edib

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi təcrübə sübut edib ki, xüsusi mülkiyyətə, özəl təşəbbüslərə, işgüzarlığa, azad biznes fəaliyyətinə və rəqabətə əsaslanmayan hər hansı iqtisadi model səmərəli ola bilməz.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "Biznes həyatı" jurnalında dərc olunan məqaləsində deyilir.

Ə.Həsənov qeyd edib ki, sahibkarlığın dəstəklənməsi Azərbaycan dovlətinin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən birini təşkil edir:

“Dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi, iqtisadi qanunvericiliyin, inzibati prosedurların və institutsional mexanizmlərin təkmilləşdirilməsi, biznes subyektləri arasında işgüzar əlaqələrin inkişafi, sosial-iqtisadi proqramların həyata keçirilməsi və digər ardıcıl tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 80%-i ötüb, məşğul əhalinin 70%-dən çoxu bu sektorda cəmləşib”.

PA rəsmisi bildirib ki, Azərbaycanda sahibkarlığa göstərilən dövlət qayğısı müxtəlif sahələrdə özünü büruzə verir. Azərbaycan Prezidenti İlham Əliyevin Saatlıda pambıqçılığın inkişaf məsələlərinə həsr olunmuş respublika müşavirəsində qeyd etdiyi kimi bu sahədə xüsusi əhəmiyyət daşıyan amil dövlət başçısının ardıcıl siyasi dəstəyinin olmasıdır. Prezident İlham Əliyev tez-tez sahibkarlarla görüşür, onların problemlərinin həlli yönündə tapşırıqlar verir, iş adamlarını ölkə iqtisadiyyatına daha böyük sərmayə yatırmağa həvəsləndirir.

Ə.Həsənov yazır ki, qlobal iqtisadi böhranın təsirləri, dünya bazarında konyuktur və qiymət tərəddüdləri dövlətin iqtisadi siyasətində nəzərə alınaraq, vaxtında və adekvat addımlar atılır: “Hazırda bu siyasətin əsas qayəsini ölkə iqtisadiyyatının şaxələndirilməsi, neftdən asılılığın aradan qaldırılması təşkil edir. Son vaxtlar biznes və investisiya mühitinin yaxşılaşdırılması iqtiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısı milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrini təsdiq edib. Şübhə yoxdur ki, bu sənədlərdə nəzərdə tutulan tədbirlərin reallaşdırılması sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verəcək”.

Tarix
2017.04.26 / 15:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla