Yuxarı

Ermənilər təxribata hazırlaşır: Qarşısı alınmalıdır, yoxsa…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni separatçıları təkmotorlu təyyarələr vasitəsilə işğal altındakı Xocalı hava limanından Şuşaya hava reysləri təşkil etmək istəyirlər, adını da “ekstremal turizm” qoyublar. Bu təxribatdır.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi bildirib ki, ermənilər Xocalı hava limanını neçə il əvvəl təmir etsələr, zəruri avadanlıqlar yerləşdirsələr də, uçuşlara başlaya bilmirlər:

“Çünki bilirlər ki, həmin təyyarələr Azərbaycan hava qüvvələri və ya raket kompleksləri tərəfindən vurulacaq. Beynəlxalq Aviasiya Təşkilatı da bu məsələdə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək Dağlıq Qarabağın hava məkanının Azərbaycana aid oldğunu və icazəsiz uçuşların həyata keçirilə bilməyəcəyini bildirib.

Buna baxmayaraq, separatçıların yanlarındakı hazır hava limanından istifadə edə bilməmələri onları əsəbləşdirir, nəsə yol axtarırlar ki, hansısa uçuşlar həyata keçirsinlər. Azərbaycan XİN dərhal açıqlama verməli, Şuşaya istiqamətlənən istənilən təyyarənin Azərbaycanın hava məkanını pozması anlamı daşıyacağını və bunun qarşısının müvafiq tədbirlərlə alınacağı vurğulanmalıdır. Təyyarə reyslərinə “ekstremal turizmlə” başlayacaqlar, sonra Xocalıdan İrəvana uçacaqlar, bir sözlə, ardı gələcək. Buna yol vermək olmaz!”

Tarix
2017.05.24 / 13:56
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

ABŞ və Ermənistan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla