Yuxarı

Elmar Məmmədyarov Kolumbiyaya getdi - Səbəb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfərə yola düşüb.

XİN-dən APA-ya bildirilib ki, səfər çərçivəsində Elmar Məmmədyarovun Kolumbiyanın xarici işlər naziri Mariya Angela Olgin və digər rəsmi şəxslərlə görüşü, Nazirlər səviyyəsində Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasında siyasi məsləhətləşmələrin dördüncü mərhələsinin keçirilməsi və mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması nəzərdə tutulub.

Həmçinin səfər əsnasında müxtəlif dövrlərdə yaşayıb-yaratmış Azərbaycan və Kolumbiya şairlərinin yaradıcılığından ibarət “Azərbaycan/Kolumbiya İyirmi şeir” (Azerbaiyán/Colombia Veinte poemas) kitabının təqdimatı keçiriləcək.

Xatırladaq ki, 8 iyul 2013-cü ildə Kolumbiyanın xarici işlər naziri Maria Angela Olqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub.

Tarix
2017.05.29 / 17:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla