Yuxarı

Çavuşoğlu Bakıdan İrəvana çağırış etdi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkili görüşlərimizdə iki dövlət arasındakı münasibətləri, üçlü görüşdə isə sözügedən üç dövlət arasındakı münasibətləri necə möhkəmləndirmək barədə müzakirələr apardıq. Bunun üçün kifayət qədər potensialımız var.

Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Azərbaycan, Türkiyə, Türkmənistan və Gürcüstan arasında əməkdaşlığı nəzərdə tutan yol xəritəsini müzakirə etdik. Əlbəttə, enerji məsələlərini də müzakirə etdik. 2018-2020-ci illəri əhatə edən yol xəritələrimiz var”, - türkiyəli nazir bildirib.

Çavuşoğlu ermənilərin açdığı atəş nəticəsində şəhid olan 2 yaşlı Zəhra ilə bağlı başsağlığı verib:

“Ermənistanı bu kimi hücumları dayandırmağa, işğal olunmuş Azərbaycan torpaqlarından çıxmağa çağırırıq. Türkiyə hər zaman Azərbaycanın yanındadır”.

Nazir 2016-cı ilin 15 iyulunda xain çevrilişə cəhd zamanı Türkiyənin yanında olduğu üçün Azərbaycana minnətdarlığını bildirib.

Tarix
2017.07.19 / 13:34
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Sərhəddə insident: erməni hərbçilər döyüldü - Video

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla