Yuxarı

Məmmədyarov Perunun müvəqqəti işlər vəkilini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədyarov Perunun müvəqqəti işlər vəkilini qəbul etdi

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Peru Respublikasının ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkili Luis Çanq Boldrinini qəbul edib.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, E. Məmmədyarov Luis Çanq Boldrinini müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib, Perunun Azərbaycanda səfirliyinin açılması və Azərbaycanın Peruda diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verdiyini diqqətə çatdırıb.

Luis Çanq Boldrini fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı səfərlərin təşkili, XİN-lər səviyyəsində siyasi məsləhətləşmələrin aparılması və əməkdaşlığın müxtəlif sahələri üzrə müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi vurğulandı. İki ölkə arasında kənd təsərrüfatı, enerji, qarşılıqlı sərmayələrin qoyulması, turizm və mədəniyyət və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd olunub.

Tarix
2017.07.28 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla