Yuxarı

Azərbaycanlı tələbələr ən çox... - Səfir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı tələbələrin Rusiyada təhsil almaq imkanının olması Rusiya-Azərbaycan münasibətlərində xüsusi haldır. Bu, Azərbaycanın və Azərbaycan-Rusiya münasibətlərinin gələcəyidir.

Report xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiya ali məktəblərinə qəbul olan azərbaycanlı tələbələrlə görüşdə deyib.

Diplomat vurğulayıb ki, bu gün Azərbaycanda rus dilində verilən təhsillə sonradan təhsilini dünyanın istənilən yerində, o cümlədən Rusiya Federasiyasında davam etdirmək mümkündür.

"Proqram ildən-ilə inkişaf edir. Rusiyada təhsil almaq üçün 2009-cu ildə 123 tələbənin gedişini təşkil etmişdiksə, bu rəqəm 2010-cu ildə 192, 2011-ci ildə 41, 2012-ci ildə 138, 2013-cü ildə 139, 2014-cü ildə 165, 2015-ci ildə 145, 2016-cı ildə isə 197 nərəf olub. Bu il isə əvvəlki illərlə müqayisədə daha çox - 201 nəfər göndərdik", - səfir bildirib.

Onun sözlərinə görə, bu il Rusiyada təhsil almaq üçün ümumilikdə 900 ərizə qəbul edilib və bu, bir yerə orta hesabla 4,5 nəfərin rəqabət apardığını göstərir.

"Qəbul olunan 201 nəfərdən 88-i Moskvada, 10-u Sankt-Peterburqda təhsil alacaq", - V.Doroxin deyib.

Rusiyalı diplomat həmçinin bildirib ki, azərbaycanlı gənclər ən çox kliniki tibb (34 nəfər), iqtisadiyyat və idarəetmə (31 nəfər), dil və ədəbiyyat (12 nəfər), siyasi elmlər və regionşünaslıq (10 nəfər) ixtisaslarını seçir.

"Bu gün Rusiyanın ali məktəblərində təxminən 15 min Azərbaycan vətəndaşı təhsil alır. Rusiya universitetləri Azərbaycan gənclərinin peşəkar kadr kimi yetişməsində mühüm rol oynayır", - səfir əlavə edib.

V.Doroxin Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın da vaxtilə Rusiyada təhsil aldığını xüsusi vurğulayıb.

Tarix
2017.08.16 / 19:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla