Yuxarı

Bakı ilə dostluqda sabitqədəmik - Laricani

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və İran həmişə dost olaraq qalacaq.

APA-nın məlumatına görə, bunu İran parlamentinin sədri Əli Laricani bu ölkədə səfərdə olan Azərbaycanın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşdə deyib.

Ə. Laricani bildirib ki, Azərbaycan və İran arasındakı əlaqələrin qədim tarixi var və bu iki ölkə həmişə dost və bir-birinə dayaq olacaq:

“İran İslam Respublikası Azərbaycan Respublikası ilə dostluğunda sabitqədəmdir. İki ölkənin mədəni yaxınlığı var və bu, iqtisadi-siyasi əlaqələrin də inkişaf etdirilməsinin zəruriliyi üçün möhkəm bir təməldir. Regiondakı mövcud durum və qeyri-sabitlik iki ölkənin siyasi və təhlükəsizlik sahəsində əlaqələri inkişaf etdirməsini zəruri edir”.

Ə. Laricani İran və Azərbaycan arasında Xəzər dənizində əməkdaşlığın zəruriliyini vurğulayıb:

“Bu sahədə iki ölkənin prezidentləri arasında çox yaxşı danışıqlar olub. Ümid edirik ki, Xəzər dənizi sülh, sabitlik və geniş əməkdaşlıq üçün platformaya çevriləcək”.

Vasif Talıbov isə Azərbaycan və İran arasında əlaqələrin dostluq və qardaşlıq üzərində qurulduğunu, bu dostluğun daimi olduğunu bəyan edib. O, əlaqələrin inkişafında hər iki ölkə parlamentlərinin dostluq qruplarının rolundan danışıb və bildirib ki, dostluq qrupları indiyədək geniş fəaliyyət göstərib.

V. Talıbov iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.

Tarix
2017.12.18 / 11:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla