Yuxarı

Roma Qarabağla bağlı nə edə bilər?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-ə sədrlik İtaliyaya keçdi, artıq İtaliya rəsmiləri və XİN Qarabağla məşğul olacaqlarını açıqlayıblar. Bəs Roma Dağlıq Qarabağ münaqişəsinin həllində fəallıq nümayiş etdirəcəkmi?

Politoloq Elxan Şahinoğlu Axar.az-a açıqlamasında 25 ildə ATƏT-ə sədrlik edən bütün dövlətlərin eyni açıqlamanı verdiyini bildirib. Siyasi şərhçi qeyd edib ki, Azərbaycan yaxın keçmişdə ATƏT-ə sədrlik edən Qazaxıstan və Almaniyadan daha çox fəallıq umurdu:

“Astana bəlkə də hamıdan çox Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəyirdi, ancaq ATƏT-ə sədrlik simvolik xarakter daşıyır. Çünki nə qədər fəal olsan da, o birilərdən səs çıxmasa, nəticə olmayacaq. Əsas söz sahibi isə böyük dövlətlərdir, onlar da Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün heç nə etmirlər. Tutaq ki, İtaliya münaqişənin həlli məqsədilə mərhələli həll planının qəbulunu vacib saydı, ancaq Ermənistan “yox” deyəndən və Kreml bunu gizli və açıq şəkildə dəstəklədikdən sonra Roma nə edə biləcək? ATƏT-in Minsk Qrupunun ilk illərdə sədrlərindən biri məhz italiyalı deputat və diplomat Mario Rafaelli idi. O da münaqişənin həlli üçün ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasının vacibliyini bildirirdi. O vaxtdan 25 il keçib, dəyişən bir şey yoxdur”.

Qeyd edək ki, yanvarın 1-dən ATƏT-ə İtaliyanın Xarici İşlər naziri Angelino Alfano sədrlik edir. A.Alfano ölkəsinin ATƏT-ə sədrlik etdiyi dövrdə təşkilatın hazırda dondurulmuş münaqişələrin həlli istiqamətində fəaliyyətini gücləndirəcəyini bildirib.

Tarix
2018.01.04 / 15:36
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla