Yuxarı

Volodin Bakı ilə əlaqələri elə bir müavininə tapşırdı ki...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dumasının sədri Vyaçeslav Volodin öz müavinləri arasında öhdəliklərinin bölüşdürülməsi haqqında əmr imzalayıb.

Axar.az xəbər verir ki, RBK agentliyi Volodinin Avstriya, Almaniya, İspaniya, İtaliya və Azərbaycanla əlaqələrin kurasiyasını vitse-spiker İrina Yarovaya həvalə edib. Kanada, BRİKS, ÜTT, BVF və BMT ilə əlaqələr isə Vahid Rusiya Partiyasından olan vitse-spiker Aleksandr Jukova tapşırılıb.

Spikerin digər müavini Kommunist Partiyasından olan deputat İvan Melnikova Çin, Kuba, Şimali Koreya, Vyetnam, Hindistan, Liberal Demokrat Partiyasının üzvü olan İqor Lebedevə isə Baltikyanı ölkələr, Benilüks konfederasiyası, Bolqarıstan, Argentina və Gürcüstanla əlaqələr tapşırılıb.

Vahid Rusiya Partiyasının parlamentdəki fraksiyasının lideri Sergey Neverova Volodin Türkiyə, Qazaxıstan, Səudiyyə Ərəbistanı ilə münasibətləri tapşırıb.

Qeyd edək ki, Yarova Rusiya siyasətində ziddiyyətli şəxslərdən biri kimi tanınır. O, əvvəllər Yabloko Partiyasının üzvü olub və hakimiyyətə qarşı sərt çıxışları ilə seçilib. Sonradan Yarova hakim Vahid Rusiya Partiyası sıralarına keçib və müxalifətə qarşı ən sərt təhqirləri işlədib.

Yarova həmçinin Rusiyada rezonans yaradan qanun layihələrinin müəllifi sayılır. Onun təqdim etdiyi qanun layihələri sırasında mitinq keçirilməsi qaydalarının və miqrasiya qanununun sərtləşdirilməsi, xarici casus statusunun qeyri-kommersiya təşkilatları tərəfindən alınmasının məcburiləşdirilməsi olub.

Tarix
2018.02.21 / 14:28
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla