Yuxarı

Ərzurumda da Qarabağ parkı açılacaq - Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayevanın Ərzurumda Qarabağ parkı və abidəsi təklifi dəstəklənib.

Axar.az xəbər verir ki, millət vəkili Ərzurum Böyükşəhər bələdiyyə başqanı Məhmət Səkmən ilə görüşüb.

Bələdiyyə başqanı millət vəkilinin qardaş bələdiyyələr təklifini də dəstəkləyib.

Q.Paşayeva görüşdə Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbir diləyib, terroru və onun arxasında duranları lənətləyib.

Ərzurum bələdiyyə başqanı Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi diqqət edəcəyini deyib.

Millət vəkili Azərbaycan bölgələri ilə Ərzurum arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib.

Q.Paşayeva həmçinin Ərzurumdan olan millət vəkilləri İbrahim Aydəmir, Mustafa İlicalı, Ərzurum valisi Seyfettin Azizoğlu ilə də görüşüb.

Söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verilib.

Bundan başqa millət vəkili Q.Paşayeva Ərzurumda Azərbaycan Xalq Cumhuriyyətinin 100- ildönümü ilə bağlı keçirilən gecədə türk gəncliyinə çağırış edib.

Tədbirdə Türkiyənin bir sıra dövlət rəsmiləri iştirak ediblər.

Erməni quldurlarının 20-ci əsrin əvvələrində Azərbaycanın müxtəlif bölgələrində törətdiyi soyqırımlar, 20-ci əsrin sonunda işğalçı Ermənistanın arxasında duran güclərdən cəsarət alaraq Azərbaycana qarşı törətdiyi vandalizm aktları haqda geniş danışan Q.Paşayeva harada doğulub-yaşamasından asılı olmayaraq hər bir türk insanını bu həqiqətləri dünyaya daha geniş duyurmağa çağırıb.

Tarix
2018.03.15 / 18:17
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla