Yuxarı

Antiazərbaycan mərkəzlərinin yeni siyasi taktikası

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi mübarizəni şər-böhtan səviyyəsinə endirmək antiazərbaycan mərkəzlərin yeni siyasi taktikası kimi müəyyənləşdirilib. Bu, xüsusi məqsədə xidmət etməklə milli-mənəvi dəyərlərimizə qarşı yönəlib.

Axar.az xəbər verir ki, bu sözləri mollət vəkili Hikmət Babaoğlu Azərbaycan Prezidentinin köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənovun fikirlərinə münasibətində qeyd edib. Ə.Həsənovun qeyri-əxlaqi ifadələrdən istifadə edilməsinin yolverilməzliyi barədə çağırışını dəstəkləyən H.babaoğlu bildirib ki, seçki prosesi mərhələsində belə qüvvələrin fəallaşması da təsadüfi deyil:

“Çünki seçki mədəniyyəti siyasi mədəniyyətin mühüm tərkib hissəsi olmaqla, həm də ümumi mədəniyyətimizin keyfiyyətini müəyyənləşdirir. Ona görə də hər zaman, xüsusilə də seçki ilində siyasi dəyərlərimizə sahib çıxmaq hər birimizin vətəndaşlıq borcudur. Xaricdə yaşayan və antiazərbaycançı mərkəzlərin şər ruporuna çevrilən bir qrup insan bu üsulla ölkəmizdə sivil siyasi mübarizənin olmadığını qlobal ictimai rəyə təqdim etmək istəyir. Bu isə milli maraqlarımıza ziddir. Elə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov da bu məsələni aktuallaşdıraraq diqqətə təqdim edir. Düşünürəm ki, hər birimiz bunu fürsətə çevirərək, bir daha xalqımızın ictimai-mədəni dəyərlərini gözdən salmağa çalışanları kütləvi qınağın hədəfinə çevirməliyik.

Azərbaycanda siyasi mədəniyyətin və siyasi əxlaqın nə dərəcədə yüksək olduğunu hamıya nümayiş etdirməliyik. Bu ölkəmizi gözdən salmağa çalışan marginal təxribatçı qruplara ən yaxşı cavab olar”.

Tarix
2018.03.23 / 15:23
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla