Yuxarı

Erməni generalın qorxusu: Azərbaycan hücuma keçir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş Qərargah rəisi, general Movses Akopyan Qarabağda yeni müharibənin başlanacağını istisna etmir və erməniləri arxayın etməyə çalışır ki, onun ordusu bu müharibəyə hazırdır.

Virtualaz.org xəbər verir ki, Movses Akopyan Ermənistan İctimai televiziyasına müsahibəsində bu haqda danışıb.

“Azərbaycan məsələni hərbi yolla həll edə biləcəyinə əmin olan kimi heç kimə fikir vermədən dərhal hücuma keçəcək”, - o bildirib.

Movses Akopyan əmindir ki, Azərbaycanı hələlik hücumdan çəkindirən Ermənistan ordusunun hazırlığıdır. Hərçənd o, Azərbaycan ordusunun 2016-cı ilin aprelində Ermənistan ordusunun bu hazırlığını necə yoxladığı, illərdir möhkəmləndirilmiş müdafiə xəttini cəmi 40 dəqiqəyə yarıb keçdiyi barədə danışmayıb.

“Rəqib gözəl başa düşür ki, biz hazırıq. Və müharibənin başlanmasının qarantiyalarından biri bizim daimi döyüş hazırlığımızdır”, - Akopyan lovğalanıb. Hansı ki, o regionda müharibənin yenidən başlanmasını əngəlləyən digər (özü də ən başlıca) amil - Rusiya barədə bəhs etməyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Milli Kəşfiyyat Agentliyi 2018-ci il üçün qlobal risklərə dair hesabatında Qarabağda irimiqyaslı hərbi əməliyyatların başlanmasının mümkünlüyü barədə xəbərdarlıq edib. Ötən gün isə Rusiyanın hərbi dairələrə yaxın analitik mərkəzi Ermənistanla Azərbaycan arasında müharibənin qaçılmaz olduğu barədə hesabat dərc etmişdi.

Tarix
2018.03.25 / 10:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla