Yuxarı

İrəvan qarışdı: Ordumuz dərhal hücuma keçsə... – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşmən ölkədə - 30 mindən çox vətəndaşımızı öldürən, torpaqlarımızı işğal edən, əhalimizi qaçqın duruma salan Ermənistanda ara qarışıb. Cinayətkar, Xocalı canisi Serj Sərkisyan iqtidarı çökür. Buna sevinirəm. Daha betər olsun. Çünki bu vəziyyət və onun daha betəri Azərbaycan üçün böyük perspektivlər açır.

Axar.az xəbər verir ki, bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Feysbuk səhifəsində yazıb. O, Ermənistandakı aksiyaların nəticəsi kimi Azərbaycanın istər hərbi, istər diplomatik sahədə ciddi üstünlüklərə sahiblənə biləcəyini deyib:

“Demirəm, dərhal hücuma keçib, hərbi əməliyyatlara başlayaq, torpaqlarımızı azad etmək cəhdləri göstərək; bunu indi etsək, Sərkisyana işləmiş olarıq, onu gücləndirərik; lakin İrəvan daha da qarışsa və indiki iqtidar düşsə, belə bir imkan yaranır. Üstəlik, fərqli, çoxdan gözlənilən və dünyanın standartlarına cavab verə biləcək bir perspektiv də var: vətəndaş müharibəsinə, ciddi daxili qarşıdurmalara yuvarlansa, Dağlıq Qarabağdakı erməni əhalisinin Azərbaycana sığınması istiqamətində yarımçıq qalan yarımgizli bir layihəni davam etdirmək mümkün olar”.

R.Arifoğlu ölkədə əhalini Ermənistanı nümunə götürərək etiraza çağıranları pisləyib:

“Ancaq belə bir tarixi məqamda görürük ki, bəzi ağıl yoxsulu, vətənpərvərlik hissi ölgün soydaşlarımız, siyasət və media sektoruna aid tanınmış isimlər sosial şəbəkələrdə Azərbaycan xalqını az qala suçlayır, ona çağırış edir ki, bizim xalq niyə qalxmır? Heyrətlənməyə bilmirsən. Bu nə ağıl, bu nə əxlaq? Düşmən ölkə, hər hansı bir səbəbdən, daxili qarşıdurmalardan sarsılmış durumdaykən, ermənilər bir-birini öldürməyə hazırkən içimizdəki biriləri arzu edir ki, eyni sarsıntıları, qarşıdurmaları Azərbaycan da yaşasın?

Belə bir perspektiv ancaq və ancaq ermənilərə sərf edərdi. Çünki onlar bizi rəqib ölkə, düşmən millət bilirlər. Düşmənin arzularını ifadə edən bəzi soydaşlarımıza, siyasət və media adamlarına, siyasi mühacir adlanan bir sıra tülüngülərimizə nə ad verək? Bunca düşmənçiliyin arxasında duran səbəb nədir?“

Jurnalistin sözlərinə görə, Ermənistandakı vəziyyət həm də Azərbaycanın təcrid siyasətinin bir parçasıdır:

“Bizi özünə düşmən bilən Ermənistanın bu cür qarışması, əli onminlərlə Azərbaycan türkünün qanına batmış cinayətkar bir rejimin çökməsi, əslində, Azərbaycanın ciddi uğuru sayıla bilər. Bu, böyük savaşda olduqca ciddi epizoddur. Bu, 2016-cı ilin aprel döyüşlərinin Ermənistan cəmiyyətində və onun ordusunda yaratdığı depressiyanın bəhrəsidir. Bu, Azərbaycan dövlətinin, Türkiyənin də sayəsində Ermənistana qarşı yürütdüyü təkləmə, blokada siyasətinin nəticəsidir. Heç cür inkişaf etməyən, edə bilməyən, bütün beynəlxalq layihələrdən kənarda qalan bir cəmiyyət öz iqtidarına qarşı bu cür təpki verməli idi. Azərbaycan, uzun illərdən sonra “erməni monolitliyi” mifini darmadağın edib.

İddia etmirəm ki, hazırda Ermənistanda baş verən prosesləri ancaq bu amillər və Azərbaycanla Türkiyənin ortaq təcrid siyasəti törətdi. Lakin ona iddia edirəm ki, bu amillərin də böyük rolu var! Həm də ona deyim ki, Ermənistanda hazırda baş verən olaylar düşmən sevindirən qəbildəndir!”

Qeyd edək ki, Ermənistanda baş nazir Serj Sərkisyan müxalif lider Nikol Paşinyanın rəhbərlik etdiyi etirazlar aksiyalarının 11-ci günündə istefa verdi.

Tarix
2018.04.23 / 17:11
Müəllif
Billurə Yunus
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla