Yuxarı

Sərkisyanın iki yolu: Ya savaş, ya da həbs - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın eks-prezidenti Serj Sərkisyan İtaliyada 10 gün dincəldikdən sonra anasına baş çəkmək bəhanəsi ilə Dağlıq Qarabağa gəlib.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağa səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Sərkisyanın iki variantı var:

“O ya həbs təhlükəsi qarşısında uzun müddət Ermənistana qayıtmayaraq Dağlıq Qarabağda qalacaq, ya da Ermənistanın baş prokurorunun tələbi ilə Robert Köçəryan kimi İrəvana qayıdıb sorğu-sual edildikdən sonra həbsxanaya yollanacaq. Sərkisyan birinci varianta üstünlük verərsə, onda baş nazir Nikol Paşinyana qarşı açıq savaşa başlamalı olacaq. Ancaq bu variantla Qarabağdakı separatçıların hazırkı idarəçiləri razılaşmayacaq. Çünki Qarabağ separatçıları Sərkisyanı qorusa və İrəvana təhvil verməsə, Paşinyan da Qarabağ separatçılarını qorumayacağı ilə onları hədələyə bilər. Ona görə də separatçılar üçün müsbət qərar o olar ki, Serj Sərkisyan anasının yanında çox qalmayaraq İrəvana yollansın”.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan İtaliyadan Ermənistana qayıdıb.

Sərkisyanın İrəvandan birbaşa Azərbaycanın işğal altından olan Xankəndi şəhərinə gəldiyi və artıq 3 gündür Xankəndidə olduğu bildirilir.

Tarix
2018.08.10 / 12:02
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla