Yuxarı

Azərbaycan gücünü daha da artırır – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri sürətlə baş verməkdədir. Əsasən emal sənayesinə və əlavə dəyər yaradan sahələrin inkişafını özündə ehtiva edən bu dəyişikliklər Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib. Millət vəkili bildirib ki, bu mühüm layihələrdən biri Türkiyədə inşası başa çatan STAR neft email zavodudur:

“2011-ci ildə Türkiyədə təməli qoyulan SOCAR-ın STAR neft emalı zavodu dünən işə salındı. Bu zavod regional iqtisadiyyata öz töhfəsini verməklə yanaşı, yeni dəyər də yaradacaq. 6.3 milyard dollar dəyəri və Türkiyədə son 30 ildə real sektorda ən böyük investisiya layihəsi olan bu zavod Türkiyənin xam neft emalına olan tələbatının 25%-ni ödəyəcək. Zavod Türkiyə daxili bazarı üçün dizel, təyyarə yanacağı, nafta, ksilen və digər məhsullar istehsal edəcək. Zavodun illik istehsal gücü 4.8 milyon ton dizel, 1.6 milyon ton təyyarə yanacağı və 1.6 milyon ton nafta təşkil edir. STAR Türkiyənin illik 28.1 milyon tona çatan neft emalı gücünu 33% artıracaq, ölkənin neft emalı məhsulları idxalında 1.5 milyard dollar qənat etməsinə səbəb olacaq”.

Millət vəkilinin sözlərinə görə, Türkiyənin inkişaf etməkdə olan nəqliyyat sektorunda dizel yanacağına olan tələbat durmadan artmaqdadır:

“Hazırda Türkiyədəki neft emalı zavodu dizelə olan tələbatın yalnız 43%-ni (10.4 milyon ton) ödəyə bilir. Türkiyə 2017-ci ildə 24.2 milyon ton - 7 milyard dollar dəyərində dizel yanacağı idxal etmişdir. STAR zavodu Türkiyənin neft məhsulları idxalını 36% azaldacaq. STAR neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. STAR neft emalı zavodunu xammalla dayanıqlı təhciz etmək məqsədilə SOCAR-ın Rusiya və İraq neftindən də istifadə etmək üçün müvafiq razılaşmaları var. Bu razılaşmalar STAR-ın rəqabət qabiliyyətini daha da artıracaq və fəaliyyətini dayanıqlı edəcək”.

Millət vəkili qeyd edib ki, SOCAR-ın indiyə qədər Türkiyəyə investisiyaları 14.2 milyard dollar təşkil edir:

“Türkiyədə bütün layihələr başa çatdıqdan sonra SOCAR-ın Türkiyə iqtisadiyyatına investisiyalarının həcmi 19.5 milyard dollara çatacaq. Regional iqtisadiyyat quran Azərbaycan bu layihələrlə öz iqtisadi gücünü daha da artırmış oldu”.

Qeyd edək ki, ötən gün Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Tarix
2018.10.20 / 16:42
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla