Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Fevral 2019


İlham Əliyev ABŞ səfirliyində - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:48

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinə gələrək ABŞ-ın 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib.

Axar.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili Vilyam Gill Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçısı Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gill ilə söhbət edib və ona başsağlığı verib. Dövlət başçısı mərhum Prezident Corc Buşun Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin yaradılmasında və inkişafında rolunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev mərhum Prezident Corc Buşun ulu öndər Heydər Əliyevlə yaxın münasibətlərini, vaxtilə onun Heydər Əliyevi öz evində qəbul etməsini xatırlayıb, bunun çox vacib və unudulmaz bir görüş olduğunu deyib. Ulu Öndərin ona göstərilmiş hörmətdən, səmimi görüşdən çox təsirləndiyini bildirib. Dövlət başçısı 2004-cü ildə keçirilən Afina Yay Olimpiya Oyunlarının açılış mərasimi ilə əlaqədar təşkil olunan qəbulda mərhum Corc Buşla görüşdüyünü və onunla söhbət etdiyini yada salıb.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gill Prezident İlham Əliyevin səfirliyə gəlməsindən böyük şərəf duyduğunu bildirib. O, qeyd edib ki, Corc Buş Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik münasibətlər quran Amerika Birləşmiş Ştatları Prezidenti kimi ölkələrimiz arasında güclü münasibətlərin təməlini qoyub.

Tarix
2018.12.05 / 15:29
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bundestaq üzvü Qarabağ barədə məlumatlandırıldı

Məmmədyarov Klimkinlə görüşdü

Məmmədyarov Yohannes Hanla görüşdü

Məmmədyarov sensasiyalı bəyanat verdi - Rusiya KİV

Ağ Evi Kremlə qarşı yumşalmağa vadar edən – Səbəb

Serj torpaqları qaytarırdı: Əliyev mesaj verdi ki... – Sensasiya

Türkiyə Bakıya niyə general göndərir? – Səfirdən eksklüziv

İcma sədri İtaliya səfiri ilə görüşdü - Foto

Kolumbiya Azərbaycana ilk səfirini təyin etdi

İlham Əliyevdən AzTV ilə bağlı qərar - 5 sərəncam, 1 fərman

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla