Yuxarı

Əliyev bu üçlüyü yaratmaq üçün təməl atmışdı - Kiselyov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Azərbaycan münasibətləri yalnız Qafqazda deyil, daha geniş regionda sülh amilidir. Məsələn Azərbaycan çox uğurlu şəkildə İran və Rusiya arasında vasitəçi, hətta üçtərəfli layihələrimizdə tərəfdaş kimi çıxış edir.

Axar.az xəbər verir ki, bu barədə "Vestnik Kavkaza" saytının müxbiri ilə söhbətdə “Rossiya seqodnya”nın baş direktoru, məşhur teleaparıcı Dmitri Kiselyov Nikolay Zlobinlə həmmüəllif olduğu “Kiselyov və Zlobin. Dərin şəxsi fikirlər uğrunda döyüş” kitabının təqdimat mərasimində danışıb.

Dmitri Kiselyov Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı və konstruktiv strateji münasibətlərin formalaşmasına ümummilli lider Heydər Əliyevin mühüm töhfə verdiyini vurğulayıb.

“O, sağlam təməl qoyub. Heydər Əliyevin fikri Rusiya-İran-Azərbaycan üçbucağı yaratmaq idi. Bu üçbucaq kifayət qədər balanslaşdırılmış alındı. Bunun nəticəsində Rusiya-Azərbaycan münasibətləri Xəzər dənizində tənzimləmə amilinə çevrildi”, - müəllif bildirib.

O, ölkə başçısı İlham Əliyevin ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirdiyini söyləyib:

“Prezident İlham Əliyev bu mənada atasının yolunu davam etdirir. Azərbaycan kifayət qədər sürətli templə inkişaf edir, özünü beynəlxalq arenada əmin hiss edir, ölkənin daxilində isə sabit və balanslı cəmiyyət yaşayır”.

Məşhur teleaparıcı ümumilikdə Qafqaz regionu ilə bağlı fikirlərini də bölüşüb:

“Düşünürəm ki, Qafqaz özü öz taleyini idarə etməlidir, kiminsə arxası ilə getməməlidir. Qoy Azərbaycan azərbaycanlı, Ermənistan erməni, Gürcüstan isə gürcü qalsın. Bizim Şimali Qafqaz da çoxyönlü və rəngarəngdir. Yaxşısı, qoy elə balanslı şəkildə də qalsın. Çoxqütblülük nəzərdə tutan rus konsepsiyası da məhz Qafqazla kifayət qədər uyğunluq təşkil edir”.

Tarix
2018.12.11 / 14:05
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla