Yuxarı

Qarabağın həlli bir çox yollar açacaq - Arkov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Rusiya münasibətləri mütəmadi inkişaf edir. İki ölkə liderlərinin dostluğu fonunda ticarət-iqtisadi, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq dərinləşir və genişlənir.

Axar.az xəbər verir ki, bunu açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov 2019-cu ildə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına dair proqnozlarından danışarkən deyib.

Onun sözlərinə görə, ötən ilin yayında imzalanmış Xəzərin hüquqi statusuna dair konvensiya və Moskva ilə Bakı arasındakı yeni birgə nəqliyyat və enerji layihələri böyük perspektivlər vəd edir.

“Azərbaycan və Rusiya arasında daha sıx əməkdaşlığa, Avrasiya İqtisadi Birliyi və KTMT çərçivəsində inteqrasiya layihələrinin inkişafına Qarabağ məsələsinin həll edilməməsi əngəl törədir”, - politoloq bildirib.

Arkov əmindir ki, 2019-cu ildə Moskvanın işğal edilmiş rayonların mərhələli şəkildə Bakının nəzarətinə verilməsini nəzərdə tutan sülh planının (Lavrov planı) praktiki olaraq həyata keçirilməsinin başlanması üçün bütün şərtlər var.

“Bu isə öz növbəsində dondurulmuş bir çox dövlətlərarası proqramın başlanmasına yol açacaq”, - ekspert vurğulayıb.

Tarix
2019.01.10 / 15:33
Müəllif
Əli, Orxan
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla