Yuxarı

Bu məhsulun dəyəri 160 milyon dollar olacaq – İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkəmizin tarixində çox əlamətdar hadisə baş verir. Biz Sumqayıt şəhərində karbamid zavodunun açılışını qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Axar.az xəbər verir ki, bunu Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edən Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.

İlham Əliyev bu zavodun yaradılmasının çox əlamətdar, çox önəmli hadisə olduğunu bildirib:

“Zavodun tikintisində iştirak etmiş bütün insanlara təşəkkürümü bildirmək istəyirəm. Mənə verilən məlumata görə, burada pik dövrdə üç mindən çox insan işləyib və onların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu, onu göstərir ki, Azərbaycanda çox güclü kadr potensialı yaradılmışdır, həm fəhlə kadrları, həm mütəxəssislər. Bu, son illər ərzində təhsil sahəsinə ayrılan diqqətin bariz nümunəsidir.

Bu zavodun tikintisində xarici tərəfdaşlar iştirak etmişlər. Baş podratçı Koreyanın “Samsunq” şirkətidir. Ən müasir avadanlıqlar Danimarka və Hollandiya şirkətləri tərəfindən təchiz edilib. Finlandiya şirkəti bu zavodun fəaliyyəti üçün lazım olan məsləhətləri verib. Yəni biz burada çox müsbət beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici şirkətlər üçün çox cəlbedici ölkədir. Bu gözəl sənaye müəssisəsi birgə səylər nəticəsində yaradılıb.

Onu da bildirməliyəm ki, zavodun ərsəyə gəlməsində xarici bankların da rolu kifayət qədər böyükdür. Biz zavodu tikməyə başlayanda öz vəsaitimizi ilk mərhələdə qoymuşuq. Sonra xarici banklardan da kreditlər verildi. Bizə maliyyə cəhətdən dəstək olan bütün banklara da təşəkkürümü bildirmək istəyirəm.

Beləliklə, ölkəmizdə ən müasir standartlara cavab verən gözəl böyük sənaye müəssisəsi yaradılmışdır. Bu zavod Azərbaycanda qeyri-neft sənayesi sahəsində həyata keçirilən ən böyük layihədir. Mənə verilən məlumata görə, zavodda ildə 650 min ton karbamid istehsal olunacaq. Onun böyük əksəriyyəti ixrac ediləcək. Eyni zamanda, daxili tələbat da ödəniləcək. Çünki biz bu günə qədər gübrələri xaricdən alırıq və bu məqsədlər üçün böyük həcmdə valyuta xərclənir. Azərbaycan dövlətinin fermerlərə verilən gübrələrin 70 faizinin vəsaitini təmin etdiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu, büdcəmiz üçün kifayət qədər maliyyə yüküdür. Amma indi biz özümüz fermerlərimizi ən keyfiyyətli gübrə ilə təmin edəcəyik”.

Zavodun özəlliyindən danışan prezident bildirib ki, burada xammal kimi istifadə olunan məhsul təbii qazdır, yerli məhsuldur. Yəni karbamidin tərkibində xarici komponent yoxdur:

“Burada ildə 450 milyon kubmetr təbii qazdan istifadə olunacaq. Əgər biz təbii qazı indi bugünkü qiymətlərlə mövcud xarici bazarlara satsaydıq, bundan təqribən 80 milyon dollar vəsait əldə edə bilərdik. Ancaq karbamid şəklində istehsal olunacaq məhsulun dəyəri 150-160 milyon dollar olacaq. Yəni biz səmərəliliyi demək olar ki, iki dəfə artırmışıq. Ölkəmiz üçün çox gözəl ixrac məhsulu yaratmışıq. Kənd təsərrüfatının inkişafı üçün yerli gübrə yaratmışıq və ölkəmizin qeyri-neft sənayesinə böyük töhfə vermişik. Yəni, zavodun fəaliyyətə başlaması, bax, bu əsas məqsədləri güdür. Biz bütün məqsədlərə çata bilmişik”.

Tarix
2019.01.16 / 15:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla