Yuxarı

Bax, görülən işlərin nəticəsi budur – İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən çox şadam ki, ölkəmizdə qeyri-neft sənayesi sürətlə artır. Keçən il 9,1 faiz artmışdır. Bu, onu göstərir ki, sənayeləşmə prosesi uğurla gedir.

Axar.az xəbər verir ki, bunu Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edən Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.

Prezident qeyd edib ki, keçən ilin yayında Sumqayıtda “SOCAR Polymer” müəssisəsinin birinci mərhələsi fəaliyyətə başlayıb:

“Bu il onun ikinci mərhələsi fəaliyyətə başlayacaq. Burada da ixracyönümlü çox gözəl məhsul istehsal olunacaq. Eyni zamanda, daxildə polipropilen, polietilendən istehsal olunacaq hazır məhsul da satışa buraxılacaq. Biz yenə də idxaldan asılılığı aradan qaldıracağıq. Bu zavodlarda yüzlərlə yeni iş yeri yaradılır. Mənə verilən məlumata görə, karbamid zavodunda 500 iş yeri yaradılacaq və burada işləyəcək insanların mütləq əksəriyyəti yerli vətəndaşlardır, onların əksəriyyəti gənclərdir. Yəni orada çalışan insanların orta yaş səviyyəsi təqribən 30-35 arasındadır. Bax, görülən bu işlərin nəticələri budur. Ölkəmizin uğurlu inkişafı üçün belə böyük müəssisələrin çox böyük əhəmiyyəti var. Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq. Qeyd etdiyim kimi, qeyri-neft sənayesində 9,1 faiz artım çox böyük göstəricidir.

Əlbəttə, Azərbaycan bu layihələri xarici tərəfdaşlarla həyata keçirərkən bizim beynəlxalq əlaqələrimiz də möhkəmlənir. Bu gün Azərbaycan o ölkədir ki, bu ölkəyə həm xarici sərmayə qoyulur, həm banklar böyük məmnuniyyətlə vəsait ayırır. Çünki bilirlər ki, onların vəsaiti batmayacaq. Bilirlər ki, Azərbaycanın kifayət qədər böyük maliyyə resursları var. Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur. Bax, bu gözəl vəziyyət imkan verir ki, biz tərəfdaşları, xarici bankları cəlb edək. Ancaq eyni zamanda, bizim siyasətimiz ondan ibarətdir ki, xarici dövlət borcumuzu aşağı salaq. Necə ki, keçən il ərzində xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşüb və bu il daha da düşəcək.

Mən çox şadam ki, bu gözəl müəssisə Sumqayıt şəhərində yaradılıb. Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Sumqayıtın sənaye potensialının möhkəmləndirilməsi üçün çox böyük işlər görülüb. Mənim təşəbbüsümlə Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye Parkı yaradılıb və 2017-ci ildə karbamid zavodu parkın rezidenti olubdur. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 18 rezident var. Onlardan 10-u fəaliyyət göstərir, artıq 11-ci rezident - karbamid zavodu da fəaliyyətə başlamışdır. Sumqayıt Kimya Sənaye Parkına qoyulan və qoyulacaq ümumi sərmayə təqribən 3 milyard dollara yaxındır. Bu, həm Sumqayıtın iqtisadi-sənaye potensialını gücləndirir, həm də iş yerlərinin yaradılmasına xidmət göstərir. Sumqayıtın ümumi inkişafı, o cümlədən ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Sumqayıt bu gün parklar, bağlar, xiyabanlar şəhəridir, gözəl bulvar salınıb, binaların dam örtükləri təmir olunur. Ümumiyyətlə, indi Sumqayıtın müasir görkəmi çox müsbətdir. Bu zavod da ekoloji baxımdan çox təmiz bir zavoddur. Mənə verilən məlumata görə, havanı çirkləndirən heç bir maddə olmayacaq.

Beləliklə, bu zavodun yaradılması böyük hadisədir. Mən burada iştirak etmiş bütün vətəndaşları, bu işlərdə fəal rolu olan bütün insanları bir daha həm təbrik edirəm, həm onlara təşəkkürümü bildirirəm”.

Tarix
2019.01.16 / 15:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla