Yuxarı

Bakı Paşinyanın oyununa bu cür cavab versin – Eks-nazir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın son bəyanatları göstərir ki, Ermənistanda daxili siyasi vəziyyət getdikcə daha da gərginləşir.

Bu sözləri Axar.az-a Ermənistanın baş nazirinin son zamanlar Düşənbə görüşünün ruhuna zidd bəyanatlarını şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

“Paşinyanın son bəyanatları göstərir ki, Ermənistanda daxili siyasi vəziyyət gərginləşir. Bu qarşıdurmada iştirak edən tərəflər öz mövqelərini gücləndirmək üçün müxtəlif addımlar atırlar və bu da ənənəvi olaraq özünü Ermənistan-Azərbaycan konfliktinə dair bəyanatlarda büruzə verir. Erməni tərəfi sərt mövqe nümayiş etdirməklə əhalinin dəstəyini qazanmağa çalışır. İkinci hədəf isə ictimaiyyətin beynəlxalq qanunlara zidd bu işğalçı siyasəti aradan götürməyə meyilli olmadığını beynəlxalq vasitəçilərə göstərməkdir. Ermənistan bununla da anneksiya siyasətini davam etdirmək niyyəti güdür. Paşinyan bu praktikanı artıq bir neçə aydır həyata keçirir”, - sabiq nazir bildirib.

T.Zülfüqarovun sözlərinə görə, belə bir vəziyyətdə danışıqlardan hansısa bir nəticə əldə etmək mümkün deyil:

“Əgər İrəvan hansısa mərhələdə danışıqlara qayıtsa, o zaman özü ilə yeni mövqe də gətirəcək. Onların indiyə qədərki mövqeyi danışıqlarda nəticə əldə etməyə imkan verməyibsə, yeni sərtləşmiş mövqedən də nəsə gözləməyə dəyməz. Ona görə də Azərbaycanın yeni taktikaya keçməsinin tam zamanıdır. Belə ki, rəsmi Bakı İrəvanın bəyanatlarına lazımı qiymət verməli və bu fonda danışıqları bir vasitə kimi görmədiyini açıq şəkildə bildirməlidir. Baxın, rus kanalında Xocalı soyqırımı ilə əlaqədar yayımlanan sujetdə açıq-aşkar Kazan formulu təbliğ olunur. Azərbaycan isə qətiyyən bu formulu qəbul etmir. Görünür, Azərbaycanın sülhpərvər mövqeyinə obyektiv qiymət verilməyəcək. Ona görə də hesab edirəm ki, indidən sərt mövqeyə keçməliyik. Əgər erməni tərəfi danışıqları istəmirsə, Bakı da istəmir. Zatən İrəvanın qeyri-konstruktiv mövqeyi real danışıqlara imkan vermir. Buna görə də qoy vasitəçilər özləri danışıqları Ermənistanla aparsınlar, əgər işğalçı Azərbaycan torpaqlarını qaytarmağa hazır olarsa, o zaman Bakı danışıqlara qayıdacaq. Əks təqdirdə boş görüşlər heç kəsə lazım deyil”.

Tarix
2019.03.01 / 13:13
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla