Yuxarı

Mnatsakanyan Əliyev-Paşinyan görüşü barədə danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Paşinyan-İlham Əliyev görüşü barədə danışıb.

Axar.az xəbər verir ki, Mnatsakanyanla ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın birgə mətbuat konfransında slovak jurnalist Ermənistan və Azərbaycan liderlərinin növbəti görüşünün vaxtı ilə bağlı sual verib və görüşü Bratislavada keçirməyi təklif edib.

Bratislavanın müxtəlif görüşləri keçirmək üçün əla məkan olduğuna əminliyini ifadə edən Mnatsakanyan erməni tərəfinin ötən ilin mayından etibarən prosesə fəal şəkildə cəlb olunduğunu bildirib.

“Müxtəlif səviyyələrdə görüşlər keçirilib. Biz ATƏT-in Minsk Qrupunun formatına tamamilə güvənirik və növbəti mərhələni gözləyirik. Biz danışıqların növbəti mərhələsinə konstruktiv ruhda irəliləyirik”, - erməni nazir deyib.

Mnatsakanyan liderlərin görüşü barədə işlərin aparıldığını və buna görə də səbrli olmağı, vaxtı çatanda dəqiq tarixin açıqlanacağını bildirib.

Tarix
2019.03.13 / 14:25
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla