Yuxarı

Nazarbayevdən Paşinyana şok təhdid: Müxalifətə dəstək...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazarbayevin Paşinyana müxalif olan Robert Köçəryana məktubu açıq şəkildə Ermənistan rəhbərliyinə bir mesaj idi.

Axar.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin Ermənistanın eks-prezidenti Robert Körçəryana məktubunu şərh edərkən deyib.

O, Nazarbayevin Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini müdafiə edən siyasətçilərdən olduğunu bildirib:

“Ermənistan rəhbərliyinin Qarabağla bağlı gah nala, gah mıxa vurduğu bu günlərdə qazax liderinin bu hərəkəti diqqətdən yayına bilməzdi. Xüsusilə də dövlət başçılarının Vyana görüşü sonrası və XİN rəhbərlərinin Moskvada görüşü ərəfəsində belə bir hadisənin olması çox düşündürücüdür. Yoxsa, Nazarbayev öz azadlığı ilə “vuruşan” və öz canının hayında olan Köçəryana Qazaxıstanda baş verən hadisələrlə bağlı niyə məktub göndərsin ki?! Bu, Paşinyana verilmiş bir mesaj idi. Mesaj isə bundan ibarətdir: mənim istəklərimi gözardı etsən, müxalifətə dəstək verəcəm”. Nazarbayev MDB məkanında ən güclü siyasətçilərdəndir və onun bu hərəkətini Köçəryanla hesablaşması kimi qələmə vermək doğru olmaz”.

Ekspert hesab edir ki, Nazarbayevin Köçəryana məktubu Paşinyana qarşı edilmiş bir həmlədir:

“Bu, açıq görünən bir faktdır. Hər halda Serj Sərkisyanın vaxtında belə bir hadisənin şahidi olmamışdıq. Əgər başqa bir dövlətin rəhbəri başqa ölkənin müxalifət lideri ilə yaxınlıq qurursa, bu o deməkdir ki, həmin ölkənin iqtidarı ilə kəskin fikir ayrılığı var. Qazaxıstan-Ermənistan əlaqələrinə baxdıqda tərəflər arasında əsas fikir ayrılığı yaradan məsələnin Qarabağ münaqişəsi ilə bağlı olduğu aydın görünür. Bunun xüsusilə də Ermənistan müdafiə nazirinin hədələyəcəyi bəyanatı və Paşinyanın da bu bəyanatı müdafiə etdiyi ərəfəyə düşməsi diqqət çəkir. Qazaxıstan KTMT-də əsas söz sahibi ölkələrdən biridir, Nazarbayevin isə bir lider kimi Kremldə xüsusi hörməti var. Azərbaycanla Qazaxıstanı isə strateji əlaqələrdən başqa qan qohumluğu birləşdirir. Nazarbayevin son dövrlər izlədiyi siyasəti dərindən analiz etsək, açıq görərik ki, qocaman siyasətçi belə məsələlərdə xüsusi olaraq həssasdır”.

Qeyd edək ki, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Ermənistanın eks-prezidenti Robert Körçəryana məktub göndərərək onu ölkəsində baş verən daxili dəyişikliklərlə bağlı məlumatlandırıb. Nazarbayev bundan sonra da Köçəryanla şəxsi əlaqələrinin davamlı olacağını bildirib.

Tarix
2019.04.17 / 13:54
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla