Yuxarı

Gürcüstandan Azərbaycanla bağlı - Bəyanat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla sərhədin müəyyən olunması məsələsi üzrə bu gün Bakıda keçirilən görüşlə bağlı bəyanat yayıb.

Report xəbər verir ki, sənəddə işçi görüşdə Gürcüstan və Azərbaycanın xarici işlər nazirlərinin müavinləri Laşa Darsalia və Xələf Xələfovun iştirak etdikləri bildirilib.

Bəyanatda qeyd olunub ki, tərəflər dövlət sərhədinin delimitasiyası məsələsini və gələcək addımları müzakirə ediblər.

Görüşdə bildirilib ki, dövlət sərhədinin, təxminən, 2/3 hissəsi müvafiq komissiyalar tərəfindən razılaşdırılıb, mübahisəli hissələrlə bağlı mövqelərin razılaşdırılması ilə bağlı fəal danışıqların yenilənməsinin vacibliyi vurğulanıb.

Delimitasiya və demarkasiya komissiyasının rəsmi iclasının gələn həftə keçirilməsi barədə qərar qəbul olunub.

Tərəflər məsələ ilə bağlı istənilən təxribatların qəbulolunmaz olduğunu bildirərək delimitasiya prosesində strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin rəhbər tutulacağı barədə razılığa gəliblər.

Tarix
2019.05.14 / 20:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla