Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Avqust 2019


Son bir neçə gün: Əliyev və Paşinyan görüşləri – 3 nüans

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın, rəsmi Bakının Şərq və Qərbdə hansı mövqe və statusda olmasını biz son bir neçə günkü proseslərdə daha aydın gördük.

Bu sözləri əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Axar.az-a son siyasi prosesləri şərh edərkən deyib.

Politoloq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə səfəri və bu ölkənin rəhbəri ilə görüşü ölkəmizin necə əhəmiyyətli bir tərəfdaş olmasını bir daha gözlər önünə sərdi:

“Burada önəmli bir nüansı diqqətinizə çatdırmaq istəyirəm. Prezident İlham Əliyev Pekində keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumuna şəxsən dəvət edilmişdi. Həmçinin, dünyanın iqtisadi nəhənglərindən olan Çin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu məxsusi vurğuladı, iki ölkə arasında mühüm müqavilələr imzalandı. Dünyada supergüc olan bir ölkənin Azərbaycanı belə yüksək qiymətləndirməsi təsadüfi deyil və buna Bakı qısa müddətdə də nail olmayıb. Bu, uzun illər davam edən ardıcıl, məqsədyönlü siyasətin, Azərbaycanın regionun böyük transmilli layihələrinə müəlliflik etməsinin, onları gerçəkləşdirməsinin, layiqli iqtisadi tərəfdaş olduğunu dəfələrlə sübut etməsinin və beynəlxalq təhlükəsizlikdə oynadığı rolun nəticəsidir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bütün iqtisadi meqalayihələrdə qazanan və tərəfdaşlarına qazandıran dövlət olduğunu isbatlayıb və ona görə də Çin kimi dövlət böyük layihəsində Azərbaycanı “açar dövlət” olaraq seçməyə üstünlük verir”.

Müqayisə üçün Ermənistan Baş naziri Nikol Paşinyanın Çinə səfərinə diqqət çəkən Aynur Camalqızı bildirib ki, bu səfər İrəvan üçün fiasko ilə nəticələndi:

“Bilirsiniz ki, N.Paşinyan Pekində baş tutan beynəlxalq tədbirə xüsusi qonaq qismində dəvət edilməmişdi və Ermənistan baş naziri də bu tədbirə qatılmamışdı. Daxildə isə bunu Paşinyanın növbəti layihədən Ermənistanı kənarda qoyması, qeyri-peşəkarlığı haqda ciddi tənqidlər və təzyiqlər başladı. Paşinyan bu tənqidlərə qarşılıq verərək, Çinə səfərini gerçəkləşdirdi və Si Szinpinlə də görüşdü. Nəticə isə Paşinyanın gözlədiyinin tam əksinə oldu. Bu sözlərin altını xüsusi cızaraq deyirəm: Paşinyan Çində bircə müqavilə belə imzalamağa nail olmadı. Çünki Ermənistan rəsmisi bu görüşə əliboş getmişdi. Onun Çinə təklif edə biləcəyi hər hansı layihə yox idi və olmayacaq da. Ona görə ki, Azərbaycan Ermənistanı bütün beynəlxalq layihələrdən kənarda qoyub və bu dövlətin hər hansı təşəbbüsü ola da bilməz”.

Aynur Camalqızı Prezident İlham Əliyevin Brüssel səfərinə də müqayisəli toxunub:

“Cənubi Qafqaz regionunun iqtisadi potensialının 70 faizini məhz Azərbaycan formalaşdırır. Təbii ki, bu da həm Çinin, həm də Avropanın diqqətini çəkir. Prezidentin Brüssel səfəri, Şərq Tərəfdaşlığının 10 illiyi ilə əlaqədar sammitdə iştirakı və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla görüşü ölkəmizin Qərbdəki mövqeyini təsəvvür etmək baxımından önəmlidir. Avropanın rəsmi Bakını etibarlı tərəfdaş kimi tanıması ölkəmizin təkcə Cənubi Qafqazda deyil, eləcə də Avropada mühüm mövqe tutmasını göstərir.

Donald Tusk Şərq Tərəfdaşlığı ölkələrinin dövlət başçılarının şərəfinə verilən şam yeməyində Azərbaycan haqda yüksək fikirlər səsləndirdi. Nikol Paşinyan isə həmin ziyafətdə gözə dəymədi. Bundan başqa, Brüsseldə çəkilmiş protokol fotosunda Prezident İlham Əliyev ön sırada, Donald Tuskun yanında dayanmışdı, Paşinyan isə arxa plana düşmüşdü və fotoda görünmürdü. Siyasətlə məşğul olanlar yaxşı bilir ki, heç bir detal təsadüfi deyil və siyasətdə hər bir nüans ölçülüb-biçilir. Təsadüfi deyil ki, Paşinyan Brüssel görüşlərini yarımçıq qoydu və ordan Çinə yollandı”.

A.Camalqızı qeyd edib ki, Paşinyan Qərbdən və Şərqdən yalnız yardım xahiş edir, investisiya istəyir:

“Heç bir iqtisadi perspektivi olmayan, xarici siyasətini və istiqamətini müəyyən etməmiş bir dövlətə - əslində isə koloniya olmaqda davam edən vassala hansı demokratik təsisat yardım edə bilər? Təbii ki, bu səbəbdən də Paşinyan “növbəti xarici turundan” da əliboş döndü”.

İrəvanda cərəyan edən son proseslərdən danışan A.Camalqızı Paşinyanın artıq ölkəni idarə edə bilmədiyini də deyib:

“Əli minlərlə azərbaycanlının, həm də erməninin qanına batmış Robert Köçəryanın azadlığa buraxılması Paşinyana ağır zərbə oldu. Bu onu göstərir ki, Rusiyanın Ermənistanın dövlət idarəetməsində çox ciddi təsir imkanları var. Paşinyan hakimiyyət strukturlarını idarə edə bilmədiyi üçün insanları küçələrə çağırdı və əslində, bunun özü də paradoksdur. Çünki hakimiyyətdə olan və islahat aparmaq imkanına sahib bir şəxsin nəyisə dəyişmək üçün piket-mitinq və yaxud hansısa qurumun fəaliyyətini iflic etmək taktikası absurddur. Bu, bir tərəfdən Paşinyanın dövləti idarə edə bilməyən naşı olduğunun göstəricisidirsə, digər tərəfdən onun islahat həyata keçirə bilməməsinin sübutudur.

Əvəzində nəyi müşahidə edirik? Dünyanın ən mötəbər qurumlarından olan Dünya Bankının tərtib etdiyi reytinqdə Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi seçilir və 35 pillə irəliləyərək, 25-ci yerə qalxır”.

Politoloq həmçinin vurğulayıb ki, N.Paşinyan nəinki Qərb və Şərqlə, hətta hamisi olan Rusiya ilə münasibətlərini də tənzimləyə bilmir:

“Paşinyanı xalq Rusiya təsirini azaltmaq üçün seçdi. Paşinyan da bilir ki, Qarabağ münaqişəsi həll olunmadan, Rusiyanın koloniyası olmaqdan qurtulmadan Ermənistanın nicatı yoxdur. Ancaq təcrübəsizlik, Qarabağ danışıqlarındakı qətiyyətsizlik, ölkəni idarə edə bilməmək və inkişaf konsepsiyasının olmaması səbəbindən ölkənin durumu daha acınacaqlı hala düşür. Rusiya ilə “bərabərhüquqlu əməkdaşlığa” iddia edib, “hər şeyin qaydasında olduğunu” bəyan edən N.Paşinyanın son yalanı da onun hansı vəziyyətdə olduğunu göstərdi. Belə ki, Ermənistanın yeni hakimiyyəti Rusiyadan 4 ədəd Su-30 aldığını bəyan etmişdi. Ancaq bir neçə gün öncə Rusiya rəsmi olaraq açıqlama verdi ki, 4 Su-30 Rusiyanın Ermənistandakı bazasına göndərilir və bunun Ermənistan ordusuna heç bir aidiyyəti yoxdur. Bu açıqlamanın ardınca isə Köçəryan azadlığa çıxdı və Qarabağ klanının aktivləşməsi müşahidə olundu”.

A.Camalqızı qeyd edib ki, bunun qarşılığında Azərbaycanın Rusiya ilə münasibətlərini ən yüksək iqtisadi-siyasi müstəviyə qaldırdığını da müşahidə etmək mümkündür:

“Bütün bu prosesləri müqayisəli təhlil edəndə bir daha Prezident İlham Əliyevin siyasi və iqtisadi baxımdan ölkəmizi hansı ucalıqda təmsil etdiyini bütün konturları ilə aydın görmək olur”.

Tarix
2019.05.21 / 09:56
Müəllif
Aqşin
Şərhlər
loading...
Digər xəbərlər

Mehriban Əliyeva şəhidlərin məzarını ziyarət etdi - Foto

Qovulan məmurdan sifariş alan vicdansızlar... - Millət vəkili

Nikolun həyasız bəyanatı: ABŞ-dan İrəvana mühüm zərbə...

Uşakovdan zirvə görüşü ilə bağlı - Açıqlama

Erməni təxribatlarına Bakının cavabı: yeni mövqelər... - General

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Bakının Cammu və Kəşmir məsələsində mövqeyi... - XİN

Qarabağ icmasından Avstraliyaya etiraz məktubu

Qarabağ ermənilərindən Nikola etiraz: Adımızdan danışma!

Mehriban Əliyeva Putinə məktub göndərdi

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla