Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 İyun 2019


Azərbaycan və Çin xarici işlər nazirləri görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycana rəsmi səfəri çərçivəsində Çinin Xarici İşlər naziri Van İ ilə görüşüb və danışıqlar aparıb.

Bu barədə Axar.az-a Xarici İşlər Naziriyinin Mətbuat Xidməti idarəsindən məlumat verilib.

Tərəflər Azərbaycan və Çin arasında ənənəvi əməkdaşlığın uğurlu inkişafından məmnunluqlarını bildirdilər. Nazirlər hər iki tərəfin bir-birilərinin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə birmənalı dəstəyin göstərilməsinə dair öz prinsipial mövqelərini dəyişməz saxladıqlarını, Azərbaycan-Çin münasibətlərinin möhkəm siyasi və beynəlxalq hüquqi əsaslarının mövcudluğunu vurğuladılar.

Nazirlər hər iki dövlətin başçıları səviyyəsində qarşılıqlı əlaqələrin xüsusi əhəmiyyətini vurğuladılar və Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu işgüzar səfərinə və onun 24 aprel 2019-cu il tarixində baş tutmuş Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpin ilə görüşünün nəticələrinin ruhuna uyğun olaraq, əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.

Tərəflər bildirdilər ki, Azərbaycan Çinin Avrasiya məkanında əsas tərəfdaşlarından biridir və “Bir Kəmər, Bir Yol” layihəsinin icrasında fəal iştirak edir. Şərq və Qərbi, Asiya və Avropanı birləşdirən bu layihənin icrası artıq iki ölkənin və bütövlükdə regionun xalqları üçün bir sıra nəticələr və maddi faydalar gətirib. Bu xüsusda, “Bir Kəmər, Bir Yol” strategiyası çərçivəsində Trans-Xəzər Nəqliyyat Dəhlizinin vacibliyi bir daha vurğulandı.

Nazirlər bu prosesin dinamik davam etdirilməsinin birgə inkişaf və rifah maraqlarına uyğun olaraq, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın ardıcıl şəkildə dərinləşdirilməsinə kömək edəcəyinə əminlik ifadə etdilər.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcud olduğunu məmnuniyyətlə qeyd etdilər və gələcəkdə də bunu davam etdirmək niyyətlərini bildirdilər.

Görüş nəticəsində, tərəflər arasında mövcud olan qarşılıqlı anlaşmanın səviyyəsini yüksək qiymətləndirən nazirlər Azərbaycan-Çin əməkdaşlığının davam edən inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun həyata keçirilməsində və qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində maraqlı olduqlarını bildirdilər.

Tarix
2019.05.23 / 17:33
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

AŞPA-da müzakirə: Əsirlikdə olan azərbaycanlı qadınlar...

AŞPA-da Dilqəm və Şahbazla bağlı çağırış: Lavrov niyə dillənmir?

Polşa səfirinin diplomatik fəaliyyəti sona çatdı

Markoviçin Azərbaycana səfəri başa çatdı

Pakistan prezidenti Azərbaycana dəvət edildi

Türkiyə S-400-ləri niyə aldı? – Kuznetsov hər şeyi açıqladı

Putin bu sözlə İranı ABŞ hücumundan qorudu - Ekspert

Prezident ustadın vəfatı ilə bağlı nekroloq imzaladı

Paşinyan Qarabağı Bakıya vermək üçün... – Köçəryan

Nazirlərin razılığa gəlməsi bizi sevindirir - Səfir

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla