Yuxarı

Gömrük rəhbərləri Bişkekdə bir araya gəldi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bişkekdə Müstəqil Dövlətlər Birliyi Gömrük Xidmətləri Rəhbərləri Şurasının 69-cu və Gömrük İttifaqına üzv ölkələrin Birləşmiş Kollegiyasının 31-ci iclası keçirilib.

Axar.az xəbər verir ki, tədbirlərdə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistanın, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

İclaslarda gömrük orqanları sahəsində hüquqi təcrübə, malların vahid tranzit sistemi, elektron deklarasiya, malların yerdəyişməsi, sərhəddən keçən mallara vahid gömrük xidmətinin göstərilməsi və digər məsələlər müzakirə olunub.

Tədbirlərdə iştirakçı dövlətlər arasında azad ticarət zonasının yaradılması, MDB ərazisindən keçən tranzit qaydaları haqqında Sazişin, gömrük qeydiyyatı və nəzarəti qaydaları barədə Sazişin maddələrində dəyişiklik edilməsi ilə bağlı sənədlər təsdiq olunub.

Azərbaycan tərəfi bu sahədə ölkəmizin gömrük orqanında həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Tarix
2019.06.22 / 21:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla