Yuxarı

İlham Əliyev Gerasimovla görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə beynəlxalq səviyyədə mühüm danışıqların mütəmadi olaraq Bakıda aparılmasının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.

Görüşdə hərbi və hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

Tarix
2019.07.10 / 16:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla