Yuxarı

Görüş üçün niyə İrəvan və Tiflis yox, Bakı seçildi? – Təhlil

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valeri Gerasimovla Tod Uolters arasında iyulun 3-də telefon danışığı olub və elə həmin danışıqda onlar Bakıda görüşəcəkləri barədə razılaşıblar. Telefon söhbətində Avropadakı hərbi-siyasi vəziyyət və Rusiya-NATO münasibətləri barədə fikir mübadiləsi aparılıb. Bu da o deməkdir ki, Bakıda bu mövzuların daha geniş müzakirəsi planlaşdırılır.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb.

“Gerasimov ilk dəfədir Bakıda Uolterslə görüşür. Bu görüşlərdən böyük nəticə əldə etmək olmaz. Çünki son illərdə NATO ilə Rusiya arasındakı münasibətlərdə soyuqluq artır. Bundan başqa, ABŞ-ın öz raketlərini Avropada yerləşdirməsi və hər iki ölkənin orta və yaxınmənzilli raketlərin ləğvinə dair sazişdən çıxması bölgədə gərginlik atmosferini artırıb. Bu problemlər yalnız bir görüş və bir müzakirə ilə həll oluna bilməz. Buna baxmayaraq, Rusiya və NATO generallarının mütəmadi olaraq Bakıda görüşüb, fikir mübadiləsi aparması iki qütb arasında vacib dialoq mühiti formalaşdırır və gərginliyi artırmamağa xidmət edir. Bu baxımdan Bakıdakı dialoqun əhəmiyyəti böyükdür”, - təhlildə yazılıb.

Analizdə həmçinin Rusiya və NATO görüşü üçün ən uyğun ölkənin Azərbaycan olduğu qeyd edilib:

“Bu görüş üçün nə Gürcüstan, nə də Ermənistan uyğundur. Çünki NATO-nun Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir. Bu baxımdan Rusiya görüş yeri kimi Gürcüstanı qəbul etməz. Həmçinin NATO da Ermənistanı görüş yeri kimi qəbul etməz. Çünki Ermənistan Rusiyanın nəzarəti altındadır. Azərbaycanın isə həm Rusiya, həm də NATO ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Buna görə də Bakıda görüşmək həm Rusiyaya, həm də NATO-ya sərf edir”.

Tarix
2019.07.10 / 18:12
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla