Yuxarı

Niyə Xankəndini vurmuruq? – Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niyə Xankəndini vurmuruq? – Deputat

Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlaması işğalçılığın təsdiqi deyil. Çünki bu açıqlamaya qədər həm onun, həm də keçmiş Ermənistan prezidentlərinin Dağlıq Qarabağ ərazisinə daxil olması özü işğalçılığın təsdiqi deyildimi?

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa dünən Nikol Paşinyanın Qarabağa səfəri zamanı çıxışına münasibət bildirərkən deyib.

O Ermənistanın işğalçılığını təsdiq edən yetərincə faktların olduğunu bildirib:

“Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda olan işğal altındakı rayonlarımızda təmir-bərpa işlərinin sürətlə aparılması və oraya ermənilərin məskunlaşdırılması da bu faktlar siyahısına daxildir. Sadəcə, son açıqlama Ermənistanın bunu həm də növbəti dəfə dillə ifadə etməsidir. Bu cür ifadələr əvvəllər də işlədilib. Burada iki məqsəd ola bilər. Birincisi, Ermənistan danışıqlardan uzaqlaşmaq niyyəti güdür və Azərbaycana qarşı bu cür diplomatik təxribat yönəldir. İkincisi isə Paşinyan bu ifadələri erməni cəmiyyətinə Qarabağı məsələsinin öz iqtidarının əsas prioriteti olduğunu xatırlatmaq üçün söyləyib”.

Millət vəkili bildirib ki, Paşinyanın bu ifadələri savaşa başlamamız üçün ciddi səbəbdir:

“İndi niyə Xankəndini vurmuruq, niyə hücum edib torpaqları almırıq kimi sualları cavablandıracaq imkana və informasiyaya sahib deyiləm, ancaq onu bilirəm ki, biz Azərbaycan ordusu qədər Azərbaycan diplomatik korpusunu da daha yetkin və hazırlıqlı peşəkarlardan təşkil etməliyik ki, bu cür açıqlamaların beynəlxalq hüquqa qarşı demarş olduğunu konkret ölkələrdə və beynəlxalq qurumlarda anında tirajlamağı bacarsınlar. Təcrübəli diplomatlarımız az deyil, ancaq xaricdəki təmsilçilərimizin müəyyən hissəsi öz vəzifə borclarını layiqincə yerinə yetirəcək qabiliyyətdə deyil və ona görə də xarici ölkələrin cəmiyyətlərinə aktiv təsir göstərə bilmirlər. Çünki bu gün bizim ermənilərlə savaşımız qismən atəşkəs zolağı üzərindən davam edir, o zolağın da üzərində ordumuzun hərəkət sərbəstliyini boğan beynəlxalq güclərin həmrəyliyi var. Özümüz nə qədər güc olsaq da, beynəlxalq və ya supergüc deyilik. Demək ki, savaşın əsas bölümü diplomatik cinahda, lobbiçilikdə, diaspora sahəsində gedir. Burada isə şəxsi mənfəət hislərimizin üzərinə qalxa bilmədiyimizə görə istənilən nəticələrə vara bilmirik”.

Tarix
2019.08.06 / 11:02
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Azərbaycandan Ermənistana neft məhsulları yola salınır

İlham Əliyev Qətər əmirini təbrik etdi

Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi

Əli Kərimlidən yeni xəbər

Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!

Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı

Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir

Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin sifarişi

Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən tələb

Ölkədə bu qurumlar birləşdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla