Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Avqust 2019


Regionumuz üçün həyəcanlı dövrdür - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir dövlətin və cəmiyyətin həyatında, onun inkişafında ən vacib amillərdən biri məhz ən yüksək pillədə kimin durmasıdır. Siyasi liderin populyarlığı və nüfuzu onun ölkə daxilində, xalq arasında qazandığı nailiyyətlərdən asılıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək onu göstərir ki, Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasəti dəstəkləyir və onun yanındadır:

“Daxili və xarici siyasət dedikdə, əslində, çox mürəkkəb proseslər başa düşülməlidir. Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsini istəməyənlər də vardır. Bu qüvvələr həm daxildə, həm də xaricdə fəaliyyət göstərirlər. Bu illər ərzində rəsmi Bakının qarşısında duran ən vacib məsələ dövlətçiliyin güclənməsi idi. Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq, böyük, qlobal layihələrlə məşğuldur. Bu qlobal layihələrin həyata keçirilməsi kənardan asan görünsə də, olduqca çətin prosesdir. Çünki bu proseslərdə dünya güclərinin, müxtəlif siyasi qrupların, elitaların rəyləri də vacibdir. Regional layihələrin reallaşmasında qlobal oyunçuların və ayrı-ayrı maraq lobbilərinin apardıqları təsir, təzyiq və maneə imkanlarını xüsusilə vurğulamaq lazımdır. Belə layihələrin bizim regionda həyata keçirilməsi üçün möhkəm iradə, yaxşı düşünülmüş strateji siyasət vacibdir.

Təsadüfi deyil ki, son 2 il ərzində Prezident İlham Əliyevin iradəsi ilə baş tutan Bakı-Tiflis-Qars, Şimal-Cənub, TAP, TANAP və digər qlobal layihələr Azərbaycanı istəməyən qüvvələr, o cümlədən, dünya erməniləri tərəfindən ciddi qısqanclıqla qarşılanır. Həmin qüvvələr tərəfindən Azərbaycanın başçılıq etdiyi enerji və nəqliyyat layihələrinin reallaşmasına ciddi şəkildə əngəl törədilməyə çalışılsa da, buna müyəssər olmayıblar. Görülən işlərin nəticəsidir ki, Fransanın “Opinion Vey” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib”.

Politoloq bildirib ki, hər bir dövlətin inkişafı üçün dünyada cərəyan edən proseslərdən ciddi nəticə çıxararaq siyasi kurs aparması çox vacibdir:

“Son zamanlar dünyadakı siyasi proseslər baxımından, demək olar ki, bütün ölkələr üçün həyəcanlı keçir. Rusiya-ABŞ münasibətlərinin pik həddədək pisləşməsi, Suriyada davam edən münaqişə, Ukraynada və ümumiyyətlə, bütün Avropada gedən proseslərdə Vaşinqton və Moskvanın maraqlarının toqquşması, Çinlə ABŞ arasında soyuq – iqtisadi müharibə, Trampın İranla bağlı sanksiyalara start verməsi, qardaş Türkiyənin milli maraqları uğrunda apardığı mübarizəsi, Qara dənizdə faktiki olaraq Rusiya və NATO hərbçilərinin üz-üzə gəlməsi, Rusiya və ABŞ arasında orta və yaxınmənzilli raketlərlə bağlı müqavilədən imtina və başqa amilləri buna misal göstərmək olar.

Bununla yanaşı, Avropa İttifaqının (Aİ) aparıcı dövləti Fransada “sarı jiletlilər” aksiyası bir daha sübut etdi ki, Paris kimi zəif olmayan beynəlxalq aktorlar belə, xarici və daxili siyasi davranışlarını yüz ölçüb, bir biçməlidirlər. Göründüyü kimi, regionda təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edilməsi heç də asan deyil".

Politoloq onu da vurğulayıb ki, hazırda Azərbaycan inkişaf etmiş ölkələrlə ayaqlaşan, daxildə sosial-iqtisadi inkişafı təmin edən, effektiv idarəçilik sisteminə malik olan dövlətdir.

Tarix
2019.08.12 / 09:30
Müəllif
Mahir Ələkbərov
Şərhlər
loading...
Digər xəbərlər

Keşikçidağ müzakirəsi: Növbəti görüş Tiflisdə olacaq

Paşinyan narahatdır: Bakının sərhəddə qəfil manevri

Paşinyan sumqayıtlını müşavir etdi: Azərbaycana nifrət etmirəm

Kaspşik Qarabağa gəldi – Müzakirə

Saakaşvilidən Nikola cavab: Qarabağ Azərbaycandır! - Video

Azərbaycanla "yeni iqtisadiyyat" yaradacağıq - Savelyev

Qarabağla bağlı bu səhvi edirsiniz - Rus ekspert

Aİ rəsmisindən Qarabağ açıqlaması: Gərginlik arta bilər

KQB Qorbaçovu niyə devirə bilmədi? - 28 illik tarix

Makron Putindən bunu öyrənmək istəyir - Analitik

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla