Yuxarı

Qarabağla bağlı bu səhvi edirsiniz - Rus ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya Kafedrasının dosenti, “Rusiya Zabitləri” ictimai təşkilatının Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyev Azərbaycan KİV-lərinə müraciət edərək, onları Qarabağ konflikti ilə bağlı yanlış informasiya siyasəti yürütməkdə ittiham edib.

Axar.az xəbər verir ki, Perenciyev əməkdaşlıq etdiyi Azərbaycan KİV-ləri ilə bağlı müstəqil siyasi ekspertiza apararaq, bəyanat yayıb. O, Azərbaycan KİV-ləri tərəfindən bir sıra səhvlərə yol verildiyini bildirib:

“Məncə, hazırda sizin tərəfinizdən bir sıra qarşılıqlı əlaqəli səhvlər buraxılır. Bir tərəfdən Paşinyanın (əvvəllər Sərkisyanın) və Ermənistanın digər yüksək vəzifəli şəxlərinin (və yüksək vəzifəsi olmayanların) fərqli açıqlamalarına çoxlu zaman, şərh və digər informasiya məkanı ayrılır. Əslində, erməni tərəfindən Dağlıq Qarabağla bağlı bu və ya başqa erməni məmurunun hər bəyanatına atılan Azərbaycan KİV-lərinin açıq trollinqi gedir. Bu trollinq sayəsində Azərbaycan KİV-ləri tərəfindən təkcə Ermənistan baş naziri yox, həm də onun ətrafının piarı aparılır.

Digər tərəfdən Dağlıq Qarabağın danışıqlar prosesinin gedişi ilə siyasi analiz və ekspertizaya az yer verilir. Yəni informasiya məkanında onun effektivliyinin artırılmasıyla bağlı konsepsiyalar və ideyalara layiqli yer verilmir.

Buna yaxşı nümunə mənim Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonla bağlı danışıqlar prosesinin modernləşdirilməsiylə bağlı ideyam ola bilərdi. Təəssüf ki, bu, Azərbaycan Respublikasının KİV-lərində ciddi müzakirə obyektinə çevrilmədi. Yəqin ki, bu problemlə bağlı oxşar şeylər digər politoloqların konsepsiyalarıyla da baş verir”.

Politoloq hazırda Azərbaycan KİV-lərində yaranan vəziyyətin erməni tərəfinə sərf etdiyini bildirib:

“Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, işlərin bu vəziyyəti erməni tərəfini qane edir. Belə ki, ərazi problemlərini konstruktiv müzakirə yerinə hər şey Azərbaycan və Ermənistan KİV-ləri arasındakı adi atışmaya çevrilir. Bütün bunlar danışıqlar prosesinin tormozlanmasına, ali müzakirə tərəflərinin Azərbaycan-Ermənistan münasibətlərinin əsas yox, ikinci dərəcəli problemlərinə diqqət yönəltməsinə səbəb olur.

Ona görə də mənimlə, eləcə digər politoloq və ekspertlərlə qarşılıqlı fəaliyyətdə bunları təklif edirəm:

1) Konsepsiyaların, ideyaların və mexanizmlərin müzakirəsinə fokuslanılması, Madrid prinsiplərinin reallaşdırılması kimi artıq qəbul edilən qərarların gerçəkləşdirilməsi;

2) İnformasiya məkanında Dağlıq Qarabağ və 7 rayonla bağlı danışıqlar prosesini irəlilətməyə yardım edəcək ideyaların ciddi müzakirəsi başlanmalıdır. Bu ideyaların, konsepsiyaların və həll layihələrinin müzakirəsinə erməni tərəfi də cəlb edilməlidir. Nəticədə Dağlıq Qarabağ üzrə Minsk Qrupunun üzvü olan Rusiya və digər üzvlərlə bağlı öz xeyrinə ictimai fikir formalaşdırılmalıdır;

3) Ermənistanın bu və ya başqa vəzifəli şəxslərinin çıxışlarının populyarlaşmasını minimallaşdırmaq lazımdır. Bir daha təkrar edirəm ki, bu, danışıqlar prosesinin özünün informasiya təminatına ziyan vurur. Konkret işlərdə, əldə edilmiş razılaşmalarda, həll layihələrinin müzakirələrində, situativ anların analizində heç bir siyasi trollinqə təslim olmadan fokuslanılmalıdır”.

Tarix
2019.08.19 / 17:24
Müəllif
İlkin, Əli
Digər xəbərlər

Azərbaycana “petrostate” deyənlər oxusun: 2026-dən...

İsrail ordusu üzr istədi: Səhvən vurub öldürmüşük!

ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?

Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video

Azərbaycan nümayəndə heyəti NATO sessiyasına qatıldı

Britaniya XİN başçısı COP29-dan yazdı: Vacib addım...

Dünya tarixi Bakı nailiyyətinə şahid oldu - Əliyev

Qarayaxma kampaniyasına baxmayaraq... - Prezident

Bakı COP tədbiri tarixə düşəcək – İlham Əliyev

Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla