Yuxarı

AB Azərbaycana 2 milyard avro verir? - Maraqos

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 10 il ərzində Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanla əməkdaşlıqda bir sıra nailiyyətlər əldə olunub.

Axar.az xəbər verir ki, bu sözləri "Abşeron" otelində keçirilən “Şərq Tərəfdaşlığının gələcəyinə dair strukturlu məsləhətləşmələr” adlı tədbirdə Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vasilis Maraqos deyib.

Onun sözlərinə görə, Şərq Tərəfdaşlığı prosesi ortaq səylər əsasında həyata keçirilib:

“Biz Azərbaycanla əməkdaşlığın prioritelərinə dair sazişin şərtlərini razılaşdırmışıq. Hazırda biz daha böyük və geniş tələbləri gündəmə gətirən tərədaşlıq haqqında sazişi razılaşdırırıq. Bu saziş bizim ikitərəfli əməkdaşlığımızı yeni bir müstəviyə salacaq. Hesab edirik ki, Azərbaycanda layihələrin maliyyələşdirilməsi gələcək üçün həmrəyliyimizə qoyulan töhfədir. Ümumilikdə, biz çox şeyə nail olmuşuq. Unutmaq lazım deyil ki, bu proses ümumi səylər nəticəsində həyata keçirilir”.

Maraqos bildirib ki, Avropa İttifaqı son on ildə özəl sektorda Azərbaycanda üç mindən çox yeni iş yerinin açılmasına müvəffəq olub:

“Şərq tərəfdaşlığına üzv olan digər ölkələrdə bu rəqəmlər daha yüksəkdir, ona görə də Azərbaycanda bu istiqamətdə görəcəyimiz işlərin potensialı daha çoxdur. AB Azərbaycanın ən böyük ticarət və investisiya əməkdaşıdır. AB Azərbaycanda transavropa layihəsi çərçivəsində regionda dəmiryolu infrastrukturunun yaradılması üçün iki milyard avrodan çox investisiya ayırmaq niyyətindədir”.

Tarix
2019.10.11 / 11:30
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla