Yuxarı

Qarabağın geri qaytarılması üçün hər şeyi edəcəyik - Ərdoğan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağın geri qaytarılması üçün hər şeyi edəcəyik - Ərdoğan

13:32

Suriyanın şimalı sülh çeşmələri ilə yenidən cücərənə, hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

“Ulu əcdadımız Dədə Qorqudun dediyi kimi, “Yaxşı dost yaxşı gündə çağırılanda, pis gündə isə çağırılmadan gələndir”. Bəli, Türkiyənin terrora qarşı apardığı ölüm-dirim mübarizəsində siz qardaşlarımdan çox güclü həmrəylik gözləyirik. Əməliyyatın başladığı andan etibarən Türkiyəyə dəstək verən bütün liderlərə buradan bir daha təşəkkür edirəm. Üç yüz milyonluq türk dünyasındakı hər bir qardaşımın qəlbinin bizimlə döyündüyünü, ölkəmiz və qəhrəman ordumuz üçün dua etdiyini çox yaxşı bilirəm. Eyni qaydada 15 iyul gecəsi 251 insanımızı şəhid edən, 2193 insanımızı yaralayan FETÖ təşkilatı ilə mübarizədə ölkəmizə verdiyiniz dəstəyi davam etdirməyinizi xahiş edirik. Türkiyə Maarif Fondu vasitəsilə əlimizdən gələn hər cür töhfəni verməyə hazırıq”, - deyə dövlət başçısı bildirib.

Ərdoğan əlavə edib ki, milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur:

“Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib. BMT Baş Assambleyasındakı nitqimdə də dediyim kimi, bu, qəbuledilməz bir vəziyyətdir. Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik. Türk dünyasının əsas hissəsi olan Kipr türkləri problemin həll olunmamasından hələ də əziyyət çəkirlər. Gözləntimiz kiprli türklərin məruz qaldıqları haqsız təcrid və embarqonun aradan qaldırılmasına yardım etməyinizdir”.

Tarix
2019.10.15 / 23:44
Müəllif
Axar.az
Digər xəbərlər

Peşə-əmək Reabilitasiyası Mərkəzinə neçə nəfər qəbul edilib?

Diqqət: ADY yay qrafikinə keçir...

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

Rusiyadan AZAL-la bağlı açıqlama - Təcili

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Stratfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Buna görə İlham Əliyevə minnətdarlığımı bildirirəm

"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla