Yuxarı

Prezident açıqladı: 4 minə yaxın köçkün ailəsi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident açıqladı: 4 minə yaxın köçkün ailəsi...

Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il də çox böyük işlər nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edərkən deyib.

İlham Əliyev işlərin artıq bir hissəsinin görüldüyünü bildirib:

“Bu yaxınlarda “Qobu Park-2” yaşayış kompleksinin açılışını qeyd etdik. Bu kompleksdə 1300 qaçqın ailəsi yerləşəcək. Kompleksin açılışında gördüm ki, ən yüksək standartlar tətbiq olunur. Çox gözəl, rahat evlər, gözəl ictimai zonalar, məktəb, uşaq bağçası, supermarket, tibb məntəqəsi, yəni, yaşayış üçün bütün şərait yaradılıbdır. Sevindirici hal ondan ibarətdir ki, “Qobu-1” və “Qobu-2” komplekslərinin tikintisi sırf özəl sektor tərəfindən təmin edildi. Hazırda tikilməkdə olan “Qobu-3” də özəl sektorun vəsaiti hesabına inşa edilir. Beləliklə, təqribən 4 minə yaxın köçkün ailəsi Qobu qəsəbəsində ən müasir standartlara cavab verən mənzillərlə təmin ediləcəkdir.

Mən açılış zamanı sahibkarlara da çağırış etdim, onlara bu işlərə qoşulmağı tövsiyə etdim. Mənim çağırışıma sahibkarlar cavab veriblər. Hesab edirəm ki, köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır. Düzdür, əsas yükü dövlət öz üzərinə götürübdür. Bu günə qədər yüzdən çox şəhərciyin tikintisi dövlət hesabına təmin edilmişdir. Ümumiyyətlə, köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bu il məcburi köçkünlərin müavinətləri 50 faiz artırıldı. Bu, bir daha onu göstərir ki, dövlət bu kateqoriyadan olan insanlara daim öz yardımını edir. İlin sonuna qədər yeni şəhərciklərin açılışı nəzərdə tutulur. İlin əvvəlində nəzərdə tutduğumuz bütün işlər ilin sonuna qədər öz həllini tapmalıdır”.

Tarix
2019.10.18 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Əliyev haqda: Onunla düşmən olmaq... - Video

Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video

Həm İran, həm də Rusiya ilə əlaqələr... - Mustafayev

Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi

Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı

MSK toplanır: Bu deputatın mandatına xitam verilir!

Azərbaycan, İran və Rusiya rəsmiləri Astaraçay körpüsündə

Tramp Əliyevdən soruşdu, çünki tanımır... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla