Yuxarı

Ölkəmizi məhv edirlər, başlarında İran dayanır - Nazir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizi məhv edirlər, başlarında İran dayanır - Nazir

Bizim hərəkatımızın əsas prinsiplərindən biri müxtəlifliyimizi qoruyub saxlayaraq, parçalanmanı aradan qaldırmaqdan ibarətdir. Ancaq biz bu gün bunun əksini müşahidə edirik. Mən bu gün burada ölkəmdə baş verən hadisələr haqqında danışmaq istəyirəm. İranın dəstəklədiyi husilər öz hücumlarına ara vermir. Onlar dövlətin konstitusiya quruluşunun məhv edilməsinə çalışırlar.

Axar.az xəbər verir ki, bunu QH-nın sammitində çıxışı zamanı Yəmənin Xarici İşlər naziri Məhəmməd Əl-Hadrami bildirib:

“Husilərin hücumları heç bir əxlaq qaydalarına sığmır. Ölkəmdə vətəndaş müharibəsi gedir. Böyük infrastrukturlar sıradan çıxırılıb. Onlar bizin ölkəmizi məhv edirlər. Hər gün günahsız insanlar – qadınlar, uşaqlar, qocalar həlak olurlar. Ölkəmdə olduqca ağır humanitar vəziyyət yaranıb. Yəmən hökuməti böhranın nizamlanması üçün BMT-nin məruzəçisi Martin Qrifislə əməkdaşlıq edir.

Biz çoxdan gözlənilən sülhün Yəməndə bərqərar olmasını istiqamətində işlər aparırıq. BMT-nin 2090 saylı qətnaməsində də açıq şəkildə vəziyyət təsvir edilib, amma bu günədək vəziyyət müsbətə doğru dəyişməyib.

Husi qiyamçıları Stokholmda keçirilən görüşə də məhəl qoymayıb, onlar öz hücumlarını davam etdirərək razılaşmanın mətini öz istədikləri kimi təsvir edirlər. Ancaq həmin cinayətkarların sığındığı Hodeyda şəhərindən bəyan edildi ki, onlar bu razılaşmaya qoşulmayacaqlar. Bu vəziyyət indiyədək dəyişməyib. Biz həmçinin istərdik ki, Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən terror hücumları Qoşulmama Hərəkatı tərəfindən pislənilsin”.

Regionda vəziyyətin çox acınacaqlı olduğunu vurğulayan yəmənli nazir Səudiyyə Ərəbistanının Sənaya yardım edərək husilərə qarşı dirəniş göstərməkdə mühüm rol oynadığını vurğulayıb:

“Bizim ərazimizdə təhlükəsizliyin qorunmasında Ər-Riyadın rolu danılmazdır. Bu gün Yəməndə baş verənlər İranın bizim ölkəmizdə ekspansionist siyasət aparması ilə bağlıdır”.

Yəmən XİN başçısı daha sonra Fələstin məsələsinin hələ uzun müddət dünya gündəmində dayanacağını vurğulayıb:

“Bu gün Fələstində də dözülməz vəziyyət yaranıb. Fələstin xalqı fundamental hüquqlardan məhrum olunublar. Onlar bu günədək öz müstəqil dövlətlərini yarada bilməyiblər”.

Tarix
2019.10.26 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiya Zəngəzur dəhlizinə etiraz etdi

Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü

30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla