Yuxarı

Prezidentdən Məmmədova irad: Şişirtmə rəqəmləri - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən Məmmədova irad: Şişirtmə rəqəmləri - Video

Prezident İlham Əliyev ötən gün Qəbələnin Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun açılışında iştirak edib.

Axar.az AzTV-yə istinadla xəbər verir ki, açılış mərasimində ölkə başçısına görülmüş işlər barədə Azərbaycan Dövlət Avtomobil Yollarının Agentliyinin sədri Saleh Məmmədov məlumat verib.

Bildirib ki, sözügedən yol bütövlükdə 15 km-dir: "Bu yol 11 yaşayış məntəqəsini birləşdirir. 10 min əhali yaşayır".

Prezident İlham Əliyev: Əmirvan kəndindən o tərəfə yaşayış yeri yoxdurmu?

Saleh Məmmədov: Burada yol da yoxdur, cənab prezident. 7 km yarım bir yol çəkilsə, Vəndam kəndinə gedib çıxmaq olar.

Prezident İlham Əliyev: Bu layihə üzərində işləyin, onu edərik.

Saleh Məmmədov: Digər investisiya proqramında nəzərdə tutulmuş Nic-Abrıx yoludur. Bu yol da 18 km-dir. Burada 40-a yaxın yaşayış məntəqəsi var.

Prezident İlham Əliyev: Qəbələ rayonunda cəmi 60 kənd var. Sən deyirsən 40-a yaxın?

Saleh Məmmədov: Bağışlayın, üzr istəyirəm, cənab prezident.

Prezident İlham Əliyev: Mən bilirəm axı, Qəbələdə bir şəhər, 3 qəsəbə, 60 kənd var. Şişirtmə bu rəqəmləri...

Tarix
2019.10.29 / 11:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla