Yuxarı

ABŞ-ın soyqırım qərarına Bakıdan reaksiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən 29 oktyabrı 1919-cu ildə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qətnamə qəbul etməsi açıq siyasi xarakter daşıyır və beləliklə, tarixi araşdırmalara, xüsusilə müasir Türkiyədə Birinci Dünya Müharibəsi zamanı ermənilərin köçürülməsi ilə bağlı tədqiqatlara, üstəlik, Ermənistanla Türkiyə arasında hər hansı dialoqa töhfə verməyəcək.

Axar.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı"nı tanımasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlarla yanaşı ABŞ-ın Ankaraya qarşı elan etdiyi sanksiyalar zamanı belə bir qərarın qəbulu qətnamənin geosiyasi xarakterini daha çox vurğulayır və hadisələrin tarixi məzmununu pozur:

"Ümumilikdə bu bir daha göstərir ki, ABŞ-ın xarici siyasəti bir tərəfdən getdikcə daha çox Vaşinqtondakı etno-milliyətçi lobbidən asılı vəziyyət düşür, digər tərəfdən dayanıqsız və müvəqqəti olur. Bu qismən onun nəticəsidir ki, son 30 ildə ABŞ-ın daxili siyasətindəki əsas oyunçular-müvafiq olaraq Respublikaçılar Partiyası dini və Demokratlar Partiyası etno-milliyətçi faktorların təsiri altına düşüb və fikrimcə, bu, ABŞ-ın uzunmüddətli milli maraqlarına və ümumilikdə, demokratiyanın prinsiplərinə ziddir.

Qətnamənin xarici siyasi mahiyyətinə baxdıqda, demək olar ki, bu, ABŞ-la Türkiyə arasında pisləşən müttəfiq münasibətlərinə xələl gətirəcək və ən əsası ABŞ-ın regionda apardığı gələcəyə hesablanmayan, qeyri-sabit siyasətin nümunəsi olacaq.

Tarixi kontekstə gəldikdə isə ümumilikdə, digər qitə haqqında heç bir peşəkar tarixi təhsilə malik olmayan siyasətçilərin tamamilə elmi yanaşma tələb edən məsələ ilə bağlı qərar qəbul etməsi absurddur.

Ermənistan və erməni lobbisi qəbul edilmiş qətnaməni tarixi qələbə kimi təqdim edir. Lakin baş verənlərin fonunda bu sənədin qəbul edilməsi əslində onu göstərir ki, 1915-ci ildə olduğu kimi erməni məsələsi bu gün də dünya gücləri tərəfindən xarici siyasətdə alət kimi istifadə edilir.

Bunun fonunda Azərbaycan torpaqlarının Ermənistanın təcavüzü nəticəsində işğalının tanınmasını və 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş faciəvi hadisəni soyqırımı kimi qəbul etməsini təhlükəsizliyinə müəyyən töhfə verməyə davam etdiyi Qərb tərəfdaşlarından daha prinsipial şəkildə tələb etməsi Azərbaycan üçün əhəmiyyət kəsb edir".

Tarix
2019.10.30 / 13:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla