Yuxarı

Etibar Nəcəfovun "Frans 2" kanalına - Müsahibəsi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Etibar Nəcəfovun "Frans 2" kanalına - Müsahibəsi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov noyabrın 12-də Fransanın məşhur ictimai televiziya kanalı “Frans 2”nin çəkiliş qrupuna müsahibə verib.

Axar.az xəbər verir ki, həmin çəkiliş qrupu “İslam dünyada” televiziya layihəsi çərçivəsində müsəlman ölkələrin tarixi, dini və mədəni irsi haqqında silsilə verilişlər hazırlayır. Növbəti iki veriliş Azərbaycana həsr olunacaq.

Etibar Nəcəfov müsahibəsində rəhbərlik etdiyi şöbənin əsas fəaliyyət istiqamətləri haqqında danışıb, Azərbaycan dövlətinin ölkədə etno-mədəni və dini durumun tənzimlənməsi istiqamətində həyata keçirdiyi siyasət haqqında ətraflı məlumat verib. O qeyd edib ki, tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, əmin-amanlıq və qarşılıqlı etimad şəraitində yaşadığı Azərbaycanda multikulturalizm dövlət siyasəti səviyyəsinə qaldırılıb.

Şöbə müdiri vurğulayıb ki, multikulturalizm Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olaraq ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, respublikamızda yaşayan azsaylı xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunmasına səbəb olur. O bildirib ki, beynəlxalq müstəvidə multikulturalizm siyasətinin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikası mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunması sahəsində böyük uğurlara imza atıb. Belə uğurlardan biri artıq siyasi leksikona daxil olmuş “Bakı Prosesi”dir. Bu təşəbbüs ilk dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci il dekabrın 2-3-də Bakıda “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilmiş beynəlxalq konfransda irəli sürülüb.

Şöbə müdiri bu ayın 14-15-də “Bakı Prosesi” çərçivəsində keçiriləcək Dünya dini liderlərinin II Bakı sammitinə diqqət çəkib, həmin tədbirin əhəmiyyəti haqqında məlumat verib.

Sonda çəkiliş qrupuna ölkəmizin zəngin tolerant və multikultural ənənəsini əks etdirən kitablar hədiyyə olunub.

Tarix
2019.11.12 / 22:30
Müəllif
Axar.az
Digər xəbərlər

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla