Yuxarı

Qarabağı söz atışmaları ilə qaytarmaq olmaz, lakin... - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağı söz atışmaları ilə qaytarmaq olmaz, lakin... - Deputat

Ermənilərlə müxtəlif platformalarda söz atışmalarının özü də diplomatiyamızın əhəmiyyətli funksiyalarından biri sayılır. Burada öncə psixoloji üstünlüyü götürmək üçün mövzunun mahiyyətinə uyğun hazırcavablıq və digər kənar müşahidəçilər tərəfindən bəsit, eyni zamanda beynəlxalq etiketə uyğunsuz formada görünməyəcək üslub vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa qeyd edib. Onun sözlərinə görə, qışqırıqçılıqla, yalvarmaqla, "nə olar, məni evimə qaytarın" ritorikası ilə auditoriyanın rəğbətini öncədən itirmiş olursan:

“Ötən gün İqtisadiyyat naziri Mikayıl Cabbarovun cavabını izlədim və sonra da diqqətlə oxudum. Erməni rəsmisinin sərgilədiyi küstah davranışlara mahiyyət üzrə verilən cavabdır.

İki istiqamət erməniləri pərt etmək üçün daha məqbuldur. Birincisi, ciddi iqtisadi layihələrdən kənarda qalmanın günahkarının özləri olduğunu vurğulamaq, ikincisi isə faşizmi Njdenin obrazında təşviq etmək istəyən cəmiyyət olduqlarına görə ittiham etmək.

Hər ikisi də əks cavab verməyə imkan tanımayan ittihamlardır. Digər tərəfdən İrəvanla bağlı eyham da yerinə düşdü”.

Deputatın fikrincə, nazir Mikayıl Cabbarov bir dövlət rəsmisinin ekstremal situasiyada necə tutarlı cavab verməsinin lazım gəldiyini ortaya qoydu:

“Əlbəttə, hamımıza aydındır ki, biz torpaqlarımızı bu cür söz atışmaları ilə geri qaytarmayacağıq, əvvəl-axır mütləq savaş meydanında işğalçının dərsini verməliyik. Lakin o böyük savaşa qədər bu cür söz atışmalarına hazırlığımız yetərli səviyyədə olmalıdır ki, beynəlxalq auditoriyada psixoloji üstünlüyümüzü itirməyək”.

Qeyd edək ki, ötən gün İqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyanın bu gün Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında “Fəxri Xiyabana səfər nəyə görə proqrama salınmalıdır” sözlərinə verdiyi cavab geniş rezonans doğurub.

Tarix
2019.12.07 / 10:50
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla