Yuxarı

İrəvan Qarabağla bağlı elə şərtlər irəli sürür ki... - Salyayev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:05

Ermənistan tərəfinin manipulyasiyaları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə mane olur.

Axar.az xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert Vladimir Salyayev deyib. O bildirib ki, Azərbaycan bu məsələdə ədalətli mövqeyini müdafiə edir.

Bratislavada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin və həmsədrlərin görüşünü şərh edən ekspert görüşün zəngin keçdiyini deyib:

“Təəssüf ki, erməni tərəfi əvvəllər olduğu kimi, yerinə yetirilməyəcək şərtlər irəli sürdü və münaqişənin nizamlanmasına mərhələli yanaşmanı qəbul etmədi. Bu da onlar tərəfindən növbəti manipulyasiya cəhdlərini göstərir”.

Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ilk addım münaqişənin əsas fəsadlarının aradan qaldırılması, yəni erməni qoşunlarının Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması olmalıdır:

“Ermənistan ağır daxili siyasi vəziyyətlə əlaqədar konstruktiv yanaşmadan məhrumdur. Məsələni daha da ağırlaşdıran odur ki, Paşinyan danışıqlar prosesi ətrafındakı vəziyyətə tam sahib deyil”.

O əlavə edib ki, N.Paşinyanın qarşısında daxili siyasi məsələlərlə bağlı tapşırıqlar da dayanıb:

“Ermənistan daxili problemlər içində çabalayır. Təcrübəsiz siyasətçi olan Paşinyanın rəhbərliyi altında populistlərin hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişmədi. Yeni rəhbərlik nə qədər çalışsa da, ölkənin inkişafı üçün rasional addımlar ata bilmir ki, bu da təsadüfi deyil. Çünki Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca iqtisadi inkişaf modelləri barədə danışmaq mümkün deyil”.

Tarix
2019.12.12 / 23:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla