Yuxarı

Haftar Moskvadan qaçdı: Türkiyəyə kimlər mane olur?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Haftar Moskvadan qaçdı: Türkiyəyə kimlər mane olur?

Görünür, Liviyada sülh sazişinin bağlanmasını istəməyən qüvvələr Haftarın Moskvadan atəşkəs haqqında müqaviləni imzalamadan getməsini istəyib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftarın atəşkəs haqqında müqaviləni imzalamadan Moskvanı tərk etməsini şərh edərkən deyib. O bildirib ki, Haftarın sənədi imzalamadan getməsi Liviyada atəşkəs rejiminin yenidən pozulması deməkdir:

“Bu razılaşmanın əldə edilməsi üçün Ərdoğan və Putin arasında çox böyük səylər oldu. Haftarın Moskvaya qədər gedib çıxması və orada Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərrac ilə müqavilə imzalamaq niyyətində olması çox önəmli idi. Bu müqavilənin imzalanmaması isə onu göstərir ki, Liviyada vətəndaş müharibəsinin taleyi digər dövlətlərin ümidinə qalır. Bu isə ölkədəki vəziyyəti daha da qızışdıracaq. Çünki bir ölkədə başqa ölkələrin maraqları toqquşursa, həmin ölkədə vəziyyət daha da gərginləşir. Bu baxımdan düşünürəm ki, Liviya məsələsinə görə ayrı-ayrı dövlətlər yox, birbaşa BMT Təhlükəsizlik Şurası toplanmalı və onlar sülhün əldə olunması üçün addımlar atmalıdır”.

Politoloq ərəb dövlətlərinin Xəlifə Haftarı dəstəklədiklərini bildirib:

“Haftarın müqaviləni imzalamadan Rusiyadan qayıtması onu göstərir ki, ərəb dövlətlərindən biri və ya bir neçəsi ona ciddi şəkildə dəstək verir. Düşünürəm ki, onun Moskvadan geri qayıtması öz iradəsi ilə verilən qərar deyil. Çünki belə olsaydı, o, heç müqavilə imzalamaq üçün Moskvaya getməzdi. Görünür, Haftar Moskvada olanda onun qərarına ciddi şəkildə təzyiq edənlər olub”.

Q.Hüseynli Haftarı dəstəkləyənləri Liviyanı qarışdırmaqda ittiham edib:

“Haftar mərkəzi hökumətə qiyam qaldırmış bir şəxsdir. Onu dəstəkləyən ölkələr və ya qüvvələr beynəlxalq hüququn qanunlarını pozub, bir ölkənin daxili siyasətini qarışdırmış olurlar. Həmçinin, Haftara dəstək verməklə, onlar Liviyada vətəndaş müharibəsini daha da qızışdırlar. Bu baxımdan bu məsələ mütləq şəkildə beynəlxalq səviyyədə həll olunmalıdır”.

Qeyd edək ki, ötən gün Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərrac və Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar Moskvaya səfər edərək, görüş keçirib. Rusiya və Türkiyənin vasitəçiliyi və iştirakı ilə baş tutan görüşün sonunda tərəflərə atəşkəs haqqında müqaviləni imzalamaq təklif edilsə də, Haftar bir gün vaxt istəyib. Amma gecə Haftar müqaviləni imzalamadan Moskvanı tərk edib.

Bu gün isə “Əl-Ərəbiyyə” müqavilədə “Liviya Milli Ordusunun maraqları nəzərə alınmadığı üçün” Haftarın sazişi imzalamadan Moskvadan getdiyi haqda məlumat yayıb.

Tarix
2020.01.14 / 13:24
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla