Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
2 Aprel 2020


Avropa İttifaqının Komissarı Azərbaycana gələcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, qarşılıqlı faydalı tərəfdaşlıq mühitində keçən görüş zamanı tərəflər Aİ-Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri, habelə ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş layihəsi üzrə davam etdirilən danışıqların gedişatını müzakirə ediblər. Bu xüsusda, ticarət sahəsində danışıqların cari vəziyyəti və Aİ-nin ticarət üzrə Komissarı ilə keçirilmiş görüşə toxunulub.

Komissar O. Varheyli Aİ ilə Azərbaycan Respublikası arasında yeni saziş layihəsi üzrə danışıqların intensivləşdirilməsinin əhəmiyyətini qeyd edib və sənədin 2020-ci ilin iyun ayında keçirilməsi planlaşdırılan Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər razılaşdırılaraq tədbir zamanı paraflanması təklifini irəli sürüb.

Görüş zamanı Azərbaycanla Avropa arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirdiyi layihələr, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsi və onun gələcəkdə yeni layihələrlə genişləndirilməsi perspektivləri kimi mövzularda fikir mübadiləsi aparılıb.

Qarşılıqlı maraq doğuran məsələlər üzrə daha da geniş müzakirələrin aparılması, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların müəyyən edilməsi məqsədilə E.Məmmədyarov O.Varheylini Azərbaycana dəvət edib. Öz növbəsində Aİ-nin Qonşuluq və Genişlənmə üzrə komissarı təklifi məmnuniyyətlə qəbul edib.

Tarix
2020.02.18 / 23:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mehriban xanımın qısa müddətdə ikinci müraciəti...

Sərhəddəki erməni təxribatına Rusiyadan reaksiya

Ermənilərin “qürur xətti” darmadağın edildi - Polkovnik

XİN-dən Qarabağdakı qondarma “seçkilər”lə bağlı açıqlama

İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi

İlham Əliyev 3 sərəncam imzaladı

İrəvan Qarabağ ermənilərini ölümə təhrik edir

Gürcüstan XİN: Qarabağdakı "seçkiləri" tanımırıq

Qarabağ icması qondarma "seçkilərlə" bağlı bəyanat yaydı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla