Yuxarı

Rus mediası Xocalıdan yazdı: Qızın sadəcə başı qalmışdı...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox xalqların əksər hallarda çoxlu sayda insanın ölməsi ilə əlaqədar ağrılı nöqtələri var. Yəhudilərdə Babiy yar, belaruslarda Katın, çinlilərdə Nankin, yaponlarda Xirosima. Azərbaycanlılarda da belə nöqtə var. Adı da Xocalı.

Axar.az xəbər verir ki, bu sözlər Rusiyanın “Arqumenti.ru” saytının Xocalı faciəsi ilə bağlı “Xocalı – sağalmayan bir yara” adlı dərc etdiyi məqaləsində yer alıb.

Sayt Xocalının uzun müddət erməni mühasirəsində qalmasından, insanların elektriksiz, istiliksiz və köməksiz yaşamalarından yazıb. Qeyd olunub ki, ermənilər guya Xocalı ilə bağlı 1 ay əvvəl xəbərdarlıq ediblər, hətta mülki vətəndaşların şəhərdən çıxması üçün humanitar dəhliz belə yaradıblar. Lakin həmin müddət ərzində Xocalını çox az insan tərk edib. O zaman məqalə müəllifi Sergey Nikitin bir neçə sualla müraciət edir. Niyə görə qalanları şəhəri tərk etmədi? Evlərini tərk etmək istəmədilər? Bunun nəyə səbəb olacağına inanmaq istəmədilər? Əgər dəhliz var idisə belə, onlar buna inanmadı? Əgər belə bir imkan var idisə, niyə azərbaycanlılar əhalini helikopterlərlə təxliyə etdilər?

“Helikopterlərlə cəmi 300 nəfər təxliyə edildi. Amma faciəyə iki həftə qalmış helikopterlər Xocalıya uçmağı dayandırdılar, çünki onları atəşə tuturdular. Hər halda hücum ərəfəsində şəhərdə nəinki əsgərlər və müqavimət dəstələri, həm də bir neçə min mülki vətəndaş – uşaq, qadın, qoca qalmışdı”, - müəllif qeyd edib.

Nikitin ermənilərin Xocalı ilə bağlı daha bir həyasız yalanına toxunub. Qeyd edib ki, həmin ərəfədə ermənilər Xocalının guya Xankəndi üçün böyük təhlükə törətdiyini iddia ediblər:

“Xocalıdan Xankəndi üçün ola biləcək bir təhlükə bir şəhərin mülki vətəndaşlarının ağır artilleriyadan atəşə tutulmasına kifayət qədər əsas verirmi?”

Müəllif sonda qeyd edib:

“Hər il Azərbaycanda izdihamlı mitinqlərlə Xocalıda həlak olanların xatirəsi yad edilir. Amma yaddaş təkcə unutmamaq üçün deyil, həm də onun üçündür ki, oxşar hadisə bir daha təkrarlanmasın”.

Rusiyanın “Novıye izvestiya” saytı da “Əsrin vəhşiliyi: 26 fevralda Xocalı qətliamının növbəti ildönümü tamam olur” adlı məqaləsində ermənilərin törətdikləri vəhşiliyə yer verib.

“Heç bir arqument və müharibə şəraitinə istinadlar Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsinə haqq qazandıra bilməz”. Müəllif İvan Petrovski məqaləsinə belə başlayıb.

“Bu, şübhəsiz ki, Dağlıq Qarabağdakı hərbi münaqişənin ən qaranlıq epizodudur, bu dövrdə Azərbaycanın Xocalı şəhərinin yüzlərlə sakini, o cümlədən qadın və uşaqlar həlak olmuş, yaralanmış və itkin düşmüşdür”, - Petrovki yazıb.

Petrovski də yazıda ermənilərin özlərinə haqq qazandırmaq üçün həmin vaxt ortaya atdıqları yalanların üstünü açıb.

Onun sözlərinə görə, ermənilər həmin vaxt bildiriblər ki, Xocalı Xankəndinin Azərbaycan artilleriyası tərəfindən atəşə tutulması üçün ideal məkandır. Bundan başqa Xocalıda ağır aviasıyanın istifadə oluna biləcəyi aerodrom vardı.

Müəllif ermənilərin arqumentlərini qəribə adlandırır və bildirir ki, çoxsaylı şahid ifadələrinə görə, şəhərdə ağır artilleriya olmayıb, hətta bu məsafədən Xankəndini minaatanlardan atəşə tutmaq belə mümkün deyildi.

“Hücum fevralın 25-dən 26-na keçən gecə başladı. Mütəxəssislərin fikrincə, bu tarix təsadüfən seçilməmişdi, çünki buna qədər 4 il əvvəl Azərbaycanın Sumqayıt şəhərində erməni talanları baş vermişdi. Sumqayıt faciəsinin kim tərəfindən təşkil edildiyi hələ məlum deyil, zorakılıqda təqsirləndirilənlər arasında erməni millətindən olan insanlar da var idi.

Şahidlər iddia edirlər ki, erməni hərbçilərinə 366-cı motoatıcı alayın əsgərləri tərəfindən rəhbərliyin birbaşa əmri olmadan dəstək verilirdi.

General Polyakov daha sonra “Faynenşl Tayms”a verdiyi müsahibəsində demişdi ki, Dağlıq Qarabağda qalan 103 erməni bu alayda xidmət edirdi. Saat 23:00-da artilleriya atəşi başladı, gecə 1-də piyadalar Xocalıya girdi və səhər 7-də şəhər müdafiəçilərinin müqaviməti tam qırıldı”, - Petrovski bildirib.

Müəllif dəhşətli faciədən sonra Rusiya və Avropa KİV-lərində yayılan şahid ifadələrinə yer verib:

- Çoxları parçalanmışdı, amma balaca bir qızın sadəcə başı qalmışdı.

- Kamera qulaqları kəsilmiş uşaqları göstərirdi. Bir yaşlı qadının sifətinin yarısı soyulmuşdu. Kişilərin dəriləri soyulmuşdu.

- Ağdamda olan əcnəbi jurnalistlər Xocalıda öldürülən qadın və uşaqlar arasında dırnaqları çıxarılmış, dəriləri soyulmuş 3 meyit görüblər. Bu, Azərbaycan propaqandası deyil, reallıqdır.

“Hər halda, Xocalı qətliamı təkcə Azərbaycan xalqının faciəsi deyil, bütün dünya xalqlarının faciəsidir. Bu cür vəhşiliklərin nəinki heç bir əsası yoxdur, insanları sülhə və harmoniyaya bir addım da yaxınlaşdırmır, əksinə, hər dəfə onları təkamül nərdivanından uzağa atırlar.

Təsadüfi deyil ki, bu "döyüş"ün "qalibləri" qara tarixi qeyd etməməyi üstün tuturlar, eyni zamanda mülki əhali arasında itki sayını minimuma endirirlər”,- müəllif sonda yazıb.

Rusiyanın “Lenta.ru” saytı da dəhşətli Xocalı faciəsini xatırlayıb. Sayt Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri vəhşiliklərlə bağlı fotosessiya yayımlayıb.

“Uranyus” saytı bu dəfşətli faciənin ildönümü ilə bağlı dərc etdiyi məqaləsində Qafqaz tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun fikirlərinə yer verib.

R.Hüseynov Xocalı əhalisinin 80 faizinin ermənilərin humanitar dəhliz adlandırdıqları yerdə həlak olduqlarını bildirib.

Nüfuzlu “Gazeta.ru” dəhşətli faciəyə böyük yazı həsr edib. Yazıda Xocalının düşdüyü ağır durumdan bəhs edilib, faciə ərəfədə baş verən siyasi proseslər, qətliamdan sağ çıxanların gördükləri, əcnəbi jurnalistlərin, beynəlxalq təşkilatların qeydləri və s. yer alıb.

Tarix
2020.02.26 / 14:27
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onlara yüksək vəzifə verdi - Foto

COP29-da mühüm razılıq əldə olundu

Türkiyədə 70 kq qızılla saxlanılan azərbaycanlı kimdir?

Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı

Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan

Çavuşoğlu Azərbaycana gəlir - Tarix

70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?

Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…

Bakı ilə danışıqlarda müsbət irəliləyişlər var - Paşinyan

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla