Yuxarı

İdlib hücumu: Türkiyə siyasətini dəyişəcək... – İsti şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk ordusuna qarşı təşkil edilmiş bu xain hücum müharibə qanunları çərçivəsində deyil. Bu, çox ağır bir cinayətdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli İdlibdə 33 türk əsgərinin şəhid olmasından sonra Türkiyə və Rusiya arasında yaranmış vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, hazırda Suriyada müharibə şəraiti yaranıb:

“Türkiyə həm öz sərhədini qorumaq, həm də ölkəsinə qaçqın axınının qarşısını almaq istəyir. Bu vəziyyət NATO ölkələrinin də əleyhinədir, çünki miqrant axını Avropa üçün təhdid təşkil edir. Bu gün NATO ölkələri təcili toplantı keçirəcək. Hesab edirəm ki, aqressora cavab vermək üçün çox münasib şərait yetişib. Ehtimal edirəm ki, NATO bu hücuma hansısa formada cavab verəcək”.

Qabil Hüseynli ABŞ və NATO-nun Rusiyaya təzyiq mexanizmlərindən də danışıb:

“ABŞ və NATO-nun əlinə Rusiyanı küncə sıxmaq, Suriya və Liviyadan çıxarmaq üçün çox yaxşı bir fürsət düşüb. Bu fürsəti BMT səviyyəsində qətnamələrdən tutmuş, döyüş meydanındakı sıxışdırmaya qədər verilən qərarlarla realizə etmək imkanları dəyərləndiriləcək. ABŞ-dan verilən ilk açıqlamalarda da Vaşinqtonun vəziyyətdən istifadə edəcəyi və Türkiyəni müdafiə edəcəyi göründü”.

Politoloq İdlibdə yaşanan gərginlikdən sonra Türkiyə və Rusiya arasında açıq müharibənin başlamasını tam istisna edib:

“Türkiyə ordusu artıq Əsəd rejiminə məxsus qüvvələrə qarşı qisas əməliyyatlarına başlayıb. Amma rəsmi Ankara Rusiya ilə üz-üzə gəlməyəcək. Rusiyadan verilən açıqlamada da Kremlin buna qətiyyən maraqlı olmadığı üzə çıxdı”.

Qabil Hüseynli deyib ki, Türkiyə üçün əsas vazkeçilməz məsələ S-400 hava hücumundan müdafiə sistemləridir:

“İndi ABŞ da Türkiyəyə S-400-lə bağlı mesaj verib, imtina haqda fikirlər səsləndirir. Hesab edirəm ki, rəsmi Ankara S-400 məsələsi ilə bağlı bir daha düşünəcək”.

Q.Hüseynli bu hadisədən sonra Türkiyənin qərbyönlü siyasətinin güclənəcəyi ehtimalını mümkün sayıb:

“Məncə, Türkiyə NATO və ABŞ-la arasındakı bütün anlaşılmazlıqları aradan qaldırmağa çalışacaq”.

Qeyd edək ki, Əsəd rejimi ötən gecə Türkiyə əsgərlərinə hücum edib, nəticədə 33 türk əsgər şəhid olub.

Tarix
2020.02.28 / 12:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla