Yuxarı

Qarabağdakı "seçkilər" mənasız və təhlükəlidir - Savelyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağda "seçkilər" siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev deyib.

"Dağlıq Qarabağda üzdəniraq seçkilərin necə nəticələnəcəyindən asılı olmayaraq, bu seçkilərin mənası yoxdur. Çünki onların nəticələrini nə beynəlxalq təşkilatlar, nə də dünya birliyi tanıyacaq", - deyən Savelyev bu tədbiri Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını və münaqişənin nizamlanması prosesini növbəti dəfə uzatmaq cəhdi kimi qiymətləndirib.

Onun sözlərinə görə, qeyri-legitim seçkilərin əsas təhlükəsi başqa məqamla bağlıdır:

"Bütün dünya koronavirus pandemiyasına qarşı savaşdığı bir vaxtda saxta seçkilər keçirilməsi infeksiyanın yayılmasına səbəb ola bilər. Seçkilərin təşkilatçılarının dediyinə görə, Dağlıq Qarabağda COVİD-19 virusuna yoluxma halları qeydə alınmayıb, lakin buna şübhə var: bu qondarma respublika Ermənistanla çox sıx inteqrasiya edib, Ermənistanda isə bir neçə yüz nəfər koronavirusa yoluxub. Bundan əlavə, hazırda Ermənistan bu infeksiyaya yoluxma göstəricisinə görə liderlik edən ölkələrdən biridir. Üstəlik, Dağlıq Qarabağın erməni icmasının bəzi üzvlərinin dediyinə görə, koronavirusa yoluxma hallarının əhalidən gizlədilməsi istisna olunmur, çünki qondarma respublikada tibbi heyət çatışmır, COVID-19-un təyin edilməsi üçün testlər yoxdur, səhiyyə sistemində isə ciddi problemlər var. Təsəvvür edin ki, əgər bu ərazinin Ermənistan vətəndaşı pasportuna malik olan sakinləri yaxın gələcəkdə qonşu regionlara və bütün dünyaya sərbəst gedib gələ bilsələr necə dəhşətli vəziyyət yaranacaq".

Rusiyalı parlamentari əmin olduğunu bildirib ki, əgər Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun işğalı məsələsi həll edilsəydi, epidemiyanın yenidən alovlanması riski sıfıra endirilərdi:

"Azərbaycan Respublikasında yoluxanların sayı Ermənistanla müqayisədə xeyli azdır, Azərbaycan hökuməti bir-biri ilə kontaktlarını minimuma endirmək üçün misilsiz tədbirlər görür, hətta Bakı metropoliteninin işi dayandırılıb. Hesab edirəm ki, Azərbaycan səhiyyəsinin vəziyyəti və ölkədə karantin tətbiq edilməsi infeksiyaya yoluxma sürətini əhəmiyyətli dərəcədə azaltmağa, nəticə etibarilə onu tamamilə aradan qaldırmağa imkan verəcək".

Tarix
2020.04.03 / 15:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla